Modern.az

Azərbaycan teatrının sevgili və evli cütlükləri - ARAŞDIRMA

Azərbaycan teatrının sevgili və evli cütlükləri - ARAŞDIRMA

Mədəni̇yyət

23 May 2013, 14:05


Zaman-zaman Azərbaycan səhnəsində evli və sevgili cütlüklər haqda dedi-qodu və şayiələr səhnə kulislərinin mövzusu olub. Modern.az həmin cütlüklərin bir qismini sizə təqdim edir.

Xalq artisti Fuad Poladovla mərhum aktrisa Vəfa Fətullayevanın uzun illər bir-birini sevdiyi heç kimə sirr deyil. Bu cütlüyün münasibətlərinin rəsmiləşməməsinin yeganə səbəbi Vəfa Fətullayevanın anası, əfsanəvi aktrisa Hökumə Qurbanova olub.
Bu, onunla əsaslandırılır ki, H.Qurbanovanın özünün F.Poladova simpatiyası olub.
Başqa bir versiyada isə bildirilir ki, bu izdivacın alınmamasına səbəb Poladovun Fətullayevadan 3 yaş kiçik olması olub.
İstənilən halda bu münasibət sevgililikdən o yana keçə bilməyib və Vəfa Fətullayeva 1987-ci ildə 42 yaşında dünyasını dəyişib.
Aktrisanın atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev, anası SSRİ xalq artisti, aktrisa Hökumə Qurbanova, əmisi aktyor Fateh Fətullayev, əmisi oğlu musiqişünas Hafiz Fətullayevdir.

Sənətçilər Siyavuş Aslanla Ofeliya Aslan isə rəsmi şəkildə ər-arvad olublar. Bu nikahdan onların üç oğlu dünyaya gəlib. Sonradan isə xalq artisti o dövrün gənc müğənnisi Təranə Vəlizadə ilə sevgili olub. Mərhum aktrisanın bir zamanlar danışdıqlarına inansaq, vəziyyət o həddə çatıbmış ki, mənzilin bir otağında Ofeliya Aslan və uşaqları, digər otaqda isə TəranəVəlizadə ilə Siyavuş Aslan yaşayırmış. Təbii ki, qeyri-rəsmi münasibətdə. Onu da bildirək ki, Siyavuş Aslan 1935-ci il doğumludur. Araşdırma apararkən T.Vəlizadənin dəqiq yaşını öyrənə bilməsək də, onlar arasında ən azı 15 yaş fərqin olduğu məlumdur.

Gənc Tamaşaçılar teatrının aktrisası Mehriban Abdulllayeva ilə rejissor Ağakişi Kazımov da uzun illər sevgili olublar. 1935-ci il təvəllüdlü Kazımov sonradan özündən 30 yaş kiçik olan Abdullayeva ilə münasibətlərini rəsmiləşdirib. Aktrisanın müsahibəsindən:
“Ağakişi Kazımov mənə həm sənətdə, həm də həyatda dəstək olub. Baş rolları mənə o verib, amma mən onun tamaşalarında kütləvi səhnəyə də həvəslə çıxırdım, çünki onda da nə isə öyrənirsən. O, adam sənətinin o qədər vurğunudur ki, heç bir aktyor onun tamaşasında səhnədə boş qalmır. 
Eşidirdi ki, onunla mənim haqqımızda söz-söhbət gəzir, mənə deyirdi ki, başını sal aşağı, işinlə məşğul ol. Bəlkə də onun böyüklüyü bundadır. Bu barədə heç vaxt açılmazdı. İndi bilirəm ki, o, da o söz-söhbətlərdən əziyyət çəkib, amma üzə vurmayıb. 
Onunla mənim haqqımda yayılan dedi-qodunun heç bir əsası yox idi. İndiyə qədər bu barədə nə o, nə mən danışmışıq. Hər gecə ağlayırdım. Ola bilər ki, məhz bu şayiələr ailə qurmağıma maneə oldu. Eşidirdim ki, haqqımda maraqlananı elə teatrın qapısından yola salıb kimlərsə, amma ona təəssüflənmirəm, çünki həqiqi sevən sona qədər gedər, yarıdan qayıtmaz. 
Bu gün o əsassız söz-söhbətlərin səbəbkarı olan adam həyat yoldaşımdır. Biz artıq beş ildir nikahdayıq. Çox böyük səhv etmişəm ki, onunla on, on beş il əvvəl deyil, beş il əvvəl evləndim. Kaş, elə o vaxt o yersiz söhbətlər yayılan vaxt evlənəydik. Onsuz da Ağakişi Kazımovu ailəsi atıb getmişdi. Ona qarşı olan sevgim tamam başqa bir şeydir. Ağakişi ilə saatlarla, günlərlə, illərlə durmadan söhbət edək bezmirik. Sözsüz anlayırıq bir-birimizi. Yaş fərqi məni qorxutmur, onun yaşı 75-i keçib, mənimki 45-i. Yalnız ona peşmanam ki, çoxdan evlənməmişik, indi övladlarımız olardı, illəri bada verməzdik. İndi ana ola bilmirəm, 10 il əvvəl ola bilərdim. Bəlkə, nə vaxtsa yalqızlıq hiss edəcəyəm, indi yanımda olan adamla bunu yaşamaq mümkün deyil. Evdə iş-gücümü görürəm, birdən hiss edirəm ki, o, gəlir və qapı döyülür. Bu qədər bizim daxili yaxınlığımız var.
Taleyi dəyişmək olmur. Bir ara çox istədim hər şeyi dəyişim, gördüm hara gedirəmsə yolum səmtini dəyişir, geri qayıdır. Bu da taledir, şükür. Həkim olmaq istəyirdim, adi, sıradan biri, sənətdən tam uzaq olan biri, olmadı”.

Əməkdar artist Gülər Nəbiyeva ilə gənc aktyor Eşqin Quliyevin də münasibətlərinin yaranmasında sənətlərinin rolu olub. Eyni teatrda çalışan cütlük sonradan münasibətlərini rəsmiləşdirib.
Teatr aləminin xoşbəxt cütlüklərindən sayılan bu ailədə də kəskin yaş fərqi var. Belə ki, 29 yaşlı Eşqin Quliyev Gülər Nəbiyevadan 13 yaş kiçikdir”.

İntiqam Valehoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!