Modern.az

AYB katibi: “Bəzi yazıçıları evdən qovurlar ki...”

AYB katibi: “Bəzi yazıçıları evdən qovurlar ki...”

23 May 2013, 14:10


Azərbaycan Respublikası Prezidentinin yaradıcı təşkilatlara yaradıcılıq evlərinin tikilməsi ilə bağlı 16 avqust 2007-ci il tarixli sərəncamı var. Yazıçılar üçün də belə yer Qalaaltı adlanan ərazidə müəyyən edilib.
”Bu, Şabranla Xızı rayonları arasaında olan bir ərazidir. Bizə orda yer  ayrılıb. Amma hansı işlərin görülməsindən məlumatımız yoxdur”. Bunu Modern.az-a AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu bildirib. Birliyin katibi, xalq şairi Fikrət Qoca da onun sözlərini təsdiqləyib:

“Dəvəçidə çox gözəl bir sahədə yer ayrılıb. Söz verilib ki, bu yaxınlarda işlər başlanacaq. Artıq layihə çəkilib. Qismət olsa, yazıçılar da dincələcək orda. Çoxları müəyyən səbəblərdən narahat adamlardır. Bəziləri heç ailəsi ilə də yola getmir. Evdən qovurlar ki, yaxşı qazana bilmirsən. Onda bunların gedib sığınmağa bir yerləri olmalıdır. Yazıçılıq tənhalıqdır. Onun həmişə sığınmağa bir yeri olmalıdır”.

  Elmin Nuri  
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir