Modern.az

Nəriman Əbdülrəhmanlı beynəlxalq festivala gedəcək

Nəriman Əbdülrəhmanlı beynəlxalq festivala gedəcək

23 May 2013, 14:04


Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı iyunun 3-15-də böyük rus yazıçısının vətəni Rusiya Federasiyasının Voronej şəhərində keçiriləcək Beynəlxalq Platonov festivalında iştirak edəcək. O bu ədəbiyyat və incəsənət bayramına Andrey Platonovun əsərlərinin Azərbaycan dilinə tərcüməçisi kimi, festival çərçivəsində fəaliyyət göstərən “Platonov klubu” tərəfindən dəvət olunub.

Xatırladaq ki, N.Əbdülrəhmalının tərcüməsində Azərbaycan Prezidentinin sərəncamı ilə işıq üzü görən 150 cildlik dünya ədəbiyyatı kitabxanası seriyasından yazıçının seçilmiş hekayələri və dünya ədəbiyyatının kiçik şedevyi sayılan “Can” povestindən, eləcə də kino povesti və Türkmənistandan həyat yoldaşı M. Kaşintsevaya yadığı məktublarından və qeyd dəftərlərindən seçmələrdən ibarət sanballı kitabı işıq üzü görmüş, “Qanun” nəşriyyatı isə yazıçının məşhur “Can” povestini ayrıca nəşr etmişdir. N.Əbdülrəhmanlı “Platonov klubu”nun kitab təqdimatlarında, oxucularla görüşlərdə və diskussiyalarda iştirak edəcək, yazıçının doğma kəndində olacaq,  eyni zamanda festival iştirakçılarına Andrey Platonovun əsərlərinin Azətbaycan dilinə tərcüməsi barədə məlimat verəcəkdir.
Yazıçı-tərcüməçinin Modern.az-a verdiyi məlumata görə, XX yüzil rus ədəbiyyatının nəhəng fiqurlarından olan Andrey Platonovun adını daşıyan incəsənət festivalı 2011-ci ildən keçirilir. Festivalda yazıçının bədii irsi əsasında hazırlanmış, yaxud onun həyatına və yaradıcılığına həsr olunmuş əsərlərin nümayişi ilə yanaşı peşəkar tənqid tərəfindən yüksək qiymətləndirilmiş sənət əsərləri və eksperimental yaradıcılıq nümunələri də nümayiş etdirilir.
Ötən il yaradılmış “Platonov klubu” bir növ böyük yazıçının ədəbi, elmi və mədəni irsinin beynəlxalq təbliği cəmiyyətidir. Eyni zamanda festival çərçivəsində artıq “Tərcümə emalatxanası” layihəsi də fəaliyyət göstərir, müstəqil kitab nəşriyyatlarının kitab yarmarkası keçirilir, eyni zamanda ədəbiyyat və incəsənət sahəsində Platonov mükafatları təqdim olunur. Festivalda eyni zamanda məşhur musiqiçilərin çıxışı, səhnə əsərlərinin nümayişi, yazıçılarla görüşlər, küçə konsertləri, füstival gəzintiləri nəzərdə tutulub.    

Elmin Nuri
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir