Modern.az

Musa Yaqub: “İndi öz ruhuma qayıdıram”

Musa Yaqub: “İndi öz ruhuma qayıdıram”

24 May 2013, 16:32


Modern.az-
ın orta və yaşlı nəsil qələm adamları arasında keçirdiyi “İndi nə yazırsınız?” rubrikasının budəfəki qonağı təmiz şəxsiyyəti və elə o səviyyədə saflığını qoruyan, poeziyası ilə hamının sevimlisinə çevrilən şair Musa Yaqubdur.

  – Mən elə əvvəlki həvəslə yazıram. Düzdü, hərdən bəzi problemlər, qayğılar yaradıcılığa təsir edir, amma mən yenə də həmin şövqlə yazıram. Hərdən xəzəl altından yeriyən su kimi, hiss edirsən ki, əlin-ayağın başqa forma aldı. Onda anlayırsan ki, yaradıcılıq zamanı gəldi. Şair ancaq ilham vaxtında şairləşir. O öz bahar vaxtında yazır. Bu yaxınlarda “Azərbaycan” jurnalının 4 nömrəsində şeirlərim çap olunub. Daha sonra bir neçə şeirlər silsiləsi yazıram. Şeir məndə zaman-zaman yığılır, sonra onu kağıza köçürürəm. Hərdən keçmişimə qayıdıram. Keçmiş ruhuma qayıdıram. O qayıdış insanda qəribə hislər yaradır. Məhəbbət şeirləri də yazıram. Onlar da çap olunub. “Qanun”  nəşriyyatı mənim sevgi şeirlərimdən ibarət bir kitab çap etmək fikrindədir. Həm köhnə, həm də təzə sevgi şeirlərimi çap edəcəklər. Sevgi onsuz da heç vaxt köhnəlmir.  

Elmin Nuri
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi