Modern.az

Daha 17 şəhər və rayonda sınaq imtahanları keçirildi

Daha 17 şəhər və rayonda sınaq imtahanları keçirildi

28 Mart 2010, 19:27

Respublikanın ümumtəhsil məktəblərində əsas və orta təhsil kursları üzrə sınaq imtahanlarına fevralın 27-dən start verilib. Aprelin 4-də isə yoxlama imtahanlarına yekun vurulacaq. İmtahanların keçirilməsi məqsədilə respublika ərazisində 299 imtahan mərkəzi yaradılıb. Modern.az xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, martın 27-28-də respublikanın daha 17 şəhər və rayonunda sınaq imtahanları keçirilib. 27 fevral - 4 aprel aralığında keçirilən sınaq imtahanları üçün respublika ərazisində 299 imtahan mərkəzi yaradılıb. Hər mərkəzdə öz biliyini 400-500 şagird sınayır. İmtahanlara ümumi respublika üzrə 140 minə yaxın doqquzuncu, 97 mindən artıq onbirinci sinif şagirdi cəlb edilib. Doqquzuncular ana dili və riyaziyyat fənləri üzrə hərəsi 25 sual olmaqla, cəmi 50 suala cavab verirlər. Doqquzuncular bilik sınağında ilk dəfə iştirak edirlər. Onbirincilər isə 120 sual olmaqla, 8 fəndən (ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil) imtahan olunurlar. Yoxlama imtahanının nəticələri  sinif jurnalına yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahanının nəticələri nəzərə alınmaqla çıxarılacaq.   Nazirlikdən bildirilib ki, yoxlama imtahanının əsas məqsədi təhsilin səviyyəsini öyrənməkdir. Martın 27-də Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında orta təhsil kursu üzrə sınaq imtahanları kiçirilib. Martın 28-də isə adları çəkilən şəhər və rayonlarda əsas təhsil kursu üzrə yoxlama imtahanları keçirilib. İmtahanların cavabları yaxın günlərdə Təhsil Nazirliyinin saytında (edu.gov.az) yerləşdiriləcək.

Qeyd edək ki, bundan öncə orta və əsas təhsil kursu üzrə sınaq imtahanları 27-28 fevralda və Sumqayıt şəhərlərində, 13-14 martda Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında keçirilib.

Qarşıdakı müddətdə orta təhsil kursu üzrə yoxlama imtahanlarının yeri və vaxtı belə müəyyənləşdirilib: 3 aprel 2010-cu il tarixdə - Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala, və Qobustan rayonlarında; 27 mart 2010-cu il tarixdə - Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində. Həmin rayonların işğal altında olan ərazilərində yerləşən və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində yoxlama imtahanı məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək. Qarşıdakı müddətdə əsas təhsil kursu üzrə yoxlama imtahanlarının yeri və vaxtı: 4 aprel 2010-cu il tarixdə - Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarında; 28 mart 2010-cu il tarixdə - Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində. Həmin rayonların işğal altında olan ərazilərində yerləşən və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində yoxlama imtahanları məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək. Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir