Modern.az

5 milyon dollara başa gələn boşanma

5 milyon dollara başa gələn boşanma

28 Mart 2010, 19:34

st1:*{behavior:url(#ieooui) }

Türkiyədə ünlü şoumen Mehmet Əli Erbil və xanımı Tuğba Erbil  arasında boşanma davası sona çatdı. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, şoumen vəkili vasitəsilə keçmiş həyat yoldaşına  ismarıc göndərərək onun boşanma şərtlərini qəbul etdiyini bildirib. Valideynlər boşanmanın oğlanları Əli Sədiyə təsirsiz ötüşməsi üçün ortaq məxrəcə gəlib.   Mehmet Əli Erbil xanımına 5 milyon dollar, oğluna isə 10 min yeni türk lirəsi verməyə razılıq verib. Şoumen xanımı və oğlunun xeyrinə bir sıra daşınmaz əmlakından da vaz keçib. Astoriyadakı Penthouz dairə (dəyəri 3 milyon dollar) Tuğba Erbilin adına qeydiyyata alınacaq. Ayrıca olaraq 1 milyon dollar dəyərində yeni ev alınacaq. Tuğba Erbil Astoriyadakı dairənin kirayəsindən gələn gəlirləri alacaq. Yeni alınacaq evdə isə oğlu ilə yaşayacaq. Mehmet Əli Erbil Bodrumdakı yaz istirahət evini də keçmiş xanımına güzəştə gedib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi