Modern.az

Axına qarşı... - Elmira Axundova haqqında

 Axına qarşı... - Elmira Axundova haqqında

25 May 2013, 17:26

Musa Urud

Görkəmli yazıçı-publisist, millət vəkili və ictimai xadim Elmira Axundovanın yubileyidir. Mən Elmira xanımı on beş ildən çoxdur ki, yaxından tanıyıram və onu həmişə mərd, mübariz, xalqının və dövlətinin xidmətində, ədalətin və haqq sözün yanında, ədalətsizliyin və nadanlığın qarşısında görmüşəm.

2005-ci ildən bəri isə Elmira xanımla Milli Məclisin Sosial siyasət komitəsində çiyin-çiyinə fəaliyyət göstəririk və bu istedadlı qələm sahibinin həm də çox istedadlı bir millət vəkili olduğunun da şahidiyəm. "İstedadlı millət vəkili" ifadəsi bəlkə də hörmətli oxucularımıza qəribə gələ bilər. Lakin mən Elmira xanımın parlamentdəki çoxşaxəli uğurlu fəaliyyətini ayrı sözlə bundan uğurlu ifadə etməkdə çətinlik çəkirəm. Heç şübhəsiz ki, Milli Məclisdə çalışqan, fəal, obyektiv millət vəkillərimiz az deyil. Amma Elmira xanım bədii-publisistik fəaliyyətində olduğu kimi, ictimai-siyasi fəaliyyətində də heç kimə bənzəmir, heç kimi təkrarlamır, orijinallığını və cəsarətli mövqeyini həmişə göstərir.

Elmira Axundova həm qanun yaradıcılığı prosesində, həm qanunların müzakirəsində, həm də siyasi debatlarda fəal mövqe sərgiləyən, tənqidini, iradını, təklifini söyləyərkən qanundan, millətin və dövlətin mənafeyindən savayı heç bir qüvvənin fikrini və marağını nəinki göz önünə qoyan, heç vecinə də almayan cəsarətli fikir və əməl sahibidir.

Mən dəfələrlə çoxluğun bəyəndiyi və lehinə səs verdiyi qanun layihələrinin Elmira xanım tərəfindən sərt tənqid olunmasının və əleyhinə düyməsi ilə möhürlənməsinin şahidiyəm. Və Elmira xanım bu mövqeyini və orijinal görünmək və yaxud axına qarşı üzə bilmək qabiliyyətini kiməsə göstərmək üçün eləmir. Əslində ilk qələm təcrübələrindən bu yana heç kimə bənzəməyən, yazıb-yaratdıqları da özü kimi çox gözəl olan bu xanımın yaradıcılığının müdriklik çağında orijinal görünməyə ehtiyacı olmadığı kimi, haqq sözü deməyə həmişə cəsarəti çatdığından ictimai-siyasi fəaliyyətdə də retuşlanmağa ehtiyacı yoxdur.

O ki qaldı axına qarşı üzmək görüntüsünə - bu da Elmira Axundova üçün keçılmiş mərhələdir. Elmira xanım axına qarşı üzmək ehtiyacını o zaman hiss edirdi ki, bu axın Azərbaycan xalqının bütün tarixi  boyu yetişrirdiyi ən böyük oğluna qarşı yönəlmişdi. Məhz 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində istər yerli, istərsə də İttifaq qəzetlərində Elmira Axundova Azərbaycanın xilasının və tərəqqisinin Heydər Əliyevlə bağlı olacağı barədə məqalələr yazmış, müsahibələr, o cümlədən, Ümummilli liderlə müsahibələr dərc etmişdi. Əgər Ümummilli liderin yeganə bir bioqrafı adı təsis olunarsa, heç şübhəsiz ki, bu Elmira Axundova olcaqdır.

Elmira xanımın Heydər Əliyevlə bağlı çoxillik araşdırmasının, ağır zəhmətinin, böyük sevgisinin və tarixi məsuliyyət hissinin məhsulu olan altı cilidlik monumental əsəri yüz illər boyunca Heydər Əliyev fenomenini tədqiq edəcək Azərbaycan və beynəlxalq araşdırmaçılar üçün əvəzsiz mənbə, xəzinə rolunu oynayacaqdır. Elə mənim Elmira xanımla tanışlığım da onun Heydər Əliyevin həyatı, fəaliyyəti, mübarizəsi ilə bağlı apardığı araşdırmalarla əlaqədar başlamış, işgüzar əməkdaşlığa və dostluğa çevrilmişdir.

Elmira xanım bir insan, şəxsiyyət kimi də bütövdür, tamdır, mükəmməldir. Açıq fikirli, obyektiv, oldüğü kimi görünən bu yaradıcı xanım həm də böyük bir jurlalist nəslinin formalaşmasında, yetkinləşməsində əvəzsiz xidmətlər göstərmiş, milli jurnalistikamızın inkişafında, beynəlxalq əlaqələrin möhkəmlənməsində böyük rol oynamışdır.

"Şöhrət” ordenli Elmira Axundova cənab prezidentin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Diplomu ilə də mükafatlandırıldı. Bu mükafatlar dövlət başçımızın istedadlı sözə, haqq əmələ, Vətəni və Milləti üçün yorulmadan çalışan insana öz xalqının və dövlətinin verdiyi qiyməti kimi çox dəyərlidir və Elmira xanım kimi cəfakeşlərin ana südü qədər halal haqqıdır. Mənim ücün çox əziz olan bir İnsanı - dəyərli ziyalımız, görkəmli qələm sahibi, millət vəkili Elmira Axundovanı yubileyi münasıbəti ilə ürəkdən təbrik edirəm, ona yeni-yeni uğurlar, yaradıcılıq sevincləri arzulayıram. Qoy seçiciləri onun sözü, oxucuları yazısı ücün darıxsınlar! Elmra xanım isə heç vaxt nə seçicilərini, nə də oxucularını intizarda qoysun!        

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər