Modern.az

Deputat Əhməd Vəliyev: “Təzə nazir məlumatlı adamdır...”

Deputat Əhməd Vəliyev: “Təzə nazir məlumatlı adamdır...”

Aktual

27 May 2013, 10:37

Təhsil Nazirliyinin xaricdə təhsil almaq üçün açıqladığı universitetlərin siyahısı cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Siyahıda bir sıra Qərb universitetlərinin, o cümlədən ABŞ universitetlərinin sayının azaldılması, bu siyahıda üstünlüyün MDB ölkələrinə verilməsi müzakirələrə səbəb olub.

“Azərbaycan gənclərinin xaricdə təhsil alması üçün Dövlət Proqramı var və 2015-ci ilə qədər icra olunacaq. Bunun həyata keçrilməsi Təhsil Nazirliyi tərəfindən, maliyyələşmə də dövlət tərəfindən aparılır. Və orada nəzərdə tutulur ki, hansı ixtisaslar üzrə mütəxəssis bizə lazımdır və o tələbləri ödəyən universitetlərə tələbə göndərilir. Burada başqa problem yoxdur”.

Bunu Modern.az-a açıqlamasında millət vəkili, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev məsələyə münasibət bildirərkən deyib.
Deputat vurğulayıb ki, Təhsil Nazirliyi araşdırır və ona daha aydın olur ki, hansı ixtisas üzrə kadr hazırlığında çatışmazlıqlar var.
“Buna uyğun olaraq tuniversittlər seçilir. O cür düşünmək lazım deyil. Bizə hansı ölkənin olması maraqlı deyil. Maraqlı olan hansı ölkədə hansı ixtisas üzrə yaxşı təhsil verirlər, biz ora çalışıb  tələbə göndərməliyik. Biz dövlətlər arasındakı müqayisə ilə məşğul olmuruq, biz təhsilimizlə məşğul oluruq”. Təhsil Nazirliyinin bu sahədə peşəkar qurum olduğunu deyən Ə.Vəliyev qeyd edib ki, təzə təyin olunan nazir xarici ölkələrdən məlumatlı adamdır və müasir tələblərə cavab verən kadr hazırlığının aparılmasına çalışır.

“Bizim Rusiyaya istiqamətləndiyimizi və ABŞ-dan uzaqlaşdığımızı deməyimiz düzgün deyil. Biz bütün dövlətlərlə yaxşı əlaqədəyik. Ölkə prezidentinin siyasəti odur ki, hər bir dövlətlə Azərbaycanın maraqları çərçivəsində əlaqə saxlamalıyıq, daha o dövlətin maraqları çərçivəsində yox. Fikrimcə, Təhsil Nazirliyi hansı addım atırsa, bu düşünülmüş addımdır”.  

Aytən ƏLİYEVA
   
Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi