Modern.az

Hökumət Ziya Məmmədova əlavə səlahiyyət verdi

Hökumət Ziya Məmmədova əlavə səlahiyyət verdi

Aktual

27 May 2013, 10:56

Baş nazir Artur Rasizadə torpaqların alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyən edilməsi barədə müvafiq qərar imzalayıb.
Modern.az Nazirlər Kabinetinin rəsmi saytına istinadən bildirir ki, sözügedən qərara əsasən, Nazirlər Kabineti tərəfindən Nəqliyyat Nazirliyinə səlahiyyət verilib.

Qərarda qeyd olunub ki, Azərbaycan Respublikasının ərazisində nəqliyyat-yol infrastrukturu sahəsində aparılan tikinti və yenidənqurma işləri zamanı tikinti altına düşən xüsusi, bələdiyyə mülkiyyətində olan və üzərində istifadə və icarə hüquqları olan dövlət mülkiyyətindəki torpaqları dövlət ehtiyacları üçün alan orqan Nəqliyyat Nazirliyi müəyyən  edilsin.

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılıb ki, bu qərarın 1-ci hissəsində nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin.    

Modern.az    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı