Modern.az

İlhamə Quliyevanın iddialı xəbəri təkzib olundu

İlhamə Quliyevanın iddialı xəbəri təkzib olundu

Mədəni̇yyət

27 May 2013, 13:09

İlhamə Quliyevanın tənqidi nəticəsində Nadir Axundovun AzTV-nin Musiqili Departamentinin rəhbəri vəzifəsindən çıxarılıb, “Mədəniyyət” kanalına müdir müavini təyin edilməsi xəbəri doğrulanmadı. Modern.az saytının araşdırması nəticəsində məlum olub ki, Nadir Axundovun “Mədəniyyət” kanalının müdir müavini təyin edilməsi yeni xəbər deyil.

Bunu saytımıza AzTV-dən bildiriblər. Qeyd olunub ki, Nazir Axundov 2011-ci ildən “Mədəniyyət” kanalının müdir müavini vəzifəsindədir. Ümumiyyətlə, “Mədəniyyət” kanalı yaradılarkən iki direktor müavini təyin edilib. Kanalın musiqi siyasətinə Nadir Axundov, maarifçilik yönündə siyasətinə isə İlham Rəhimov baxır. Nadir Axundov vaxtilə “Mədəniyyət” kanalı yaradılarkən ora keçəndə, onun yerinə Əsəd Məmmədov təyin edilib.

Qeyd edək ki, İlhamə Quliyeva AzTV-də özünə qarşı gördüyü münasibətlə bağlı ciddi ittihamlar səsləndirərək Musiqi Departamentinin rəhbəri Nadir Axundovun orada monopoliya yaratdığını bildirmişdi. Ötən həftə İ.Quliyeva mətbuata açıqlamasında N.Axundovun onun adını televiziyanın solisti siyahısından çıxardığını demişdi: “Mən bilirəm ki, ixtisara düşməyimdə Nadir Axundovun böyük rolu var. Mən dövlət başçısının qəbuluna düşə bilirəm, amma AzTV-nin efirinə yox”. İlhamə Quliyevanın bu açıqlamasından sonra mediada belə bir xəbər yayımlandı ki, guya, müğənninin tənqidindən Nadir Axundov AzTV-dən “Mədəniyyət” kanalına keçirilib.

 

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!