Modern.az

İranda səfərdə olmuş YAP-çı deputat Xalidə Xaliddən məlumatsızdır

İranda səfərdə olmuş YAP-çı deputat Xalidə Xaliddən məlumatsızdır

27 May 2013, 13:11


“Məndə hələlik Xalidə Xalid və onun sürücüsü ilə bağlı bir məlumat yoxdur”. Bunu Modern.az- a açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib. YAP funksioneri onu da qeyd edib ki, İrana səfərləri zamanı onlara AMEA-nın elmi işçisi Xalidə Xalidin azadlığa çıxması ilə bağlı məlumat verilib. “Ancaq mən də bilmirəm ki, niyə görə sərhədi keçib Azərbaycana gəlməyib”.

Xatırladaq ki, şəhriyarşünas-alim Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov aprelin 30-da Təbrizdə saxlanılıb. Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi soydaşlarımızın qanunsuz fəaliyyətə görə saxlandığını açıqlayıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri zamanı hər iki azərbaycanlının azadlığa çıxması xəbəri yayıldı. Nümayəndə heyətinin tərkibində millət vəkili Mübariz Qurbanlı da var idi. İranda saxlanılan vətəndaşlarımızın azadlığa çıxması söylənilsə də, hələ də Azərbaycan dövlətinə təhvil verilməyib.

Aqşin Kərimov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı