Modern.az

Azərbaycan teatrının sevgili və evli cütlükləri - ARAŞDIRMA

Azərbaycan teatrının sevgili və evli cütlükləri - ARAŞDIRMA

Mədəni̇yyət

27 May 2013, 15:07

Zaman-zaman Azərbaycan səhnəsində evli və sevgili cütlüklər olub. Modern.az həmin cütlüklərə dair növbəti yazını təqdim edir.

Rejissor Mehdi Məmmədovla xalq artisti Şəfiqə Məmmədovanın münasibətlərini də sənətin “ayağına yazmaq” olar. Belə ki, bu cütlüyün evlənmə səbəbləri sırasında yaxın peşələrin sahibi olmalarını göstərmək olar.

Maraqlıdır ki, Şəfiqə Məmmədova Mehdi Məmmədovdan nə az, nə çox 27 yaş kiçik olub. Belə ki, istedadlı rejissor 1918-ci il mayın 22-də Şuşada, Şəfiqə xanım isə 1945-ci il sentyabrın 1-də Dərbənddə doğulub.

İndi haqqında danışacağım sənətkarlar isə nə evli, nə də sevgili cütlük ola biliblər. Söhbət xalq artistləri Polad Bülbüloğlu Həmidə Ömərovadan gedir. Dedi-qodulara görə, “Qorxma, mən səninləyəm” filminin çəkilişləri zamanı Ömərovaya vurulan Bülbüloğlu uzun müddət bu münasibətləri rəsmiləşdirməyə çalışsa da, mümkün olmayıb.

Əməkdar artist Şövqi Hüseynovun həyat yoldaşı da öz həmkarıdır. Belə ki, Hüseynov aktrisa Şəbnəm Hüseynova ilə evlidir. Cütlüyün bir oğlu var. Qeyd edək ki, Şövqi Hüseynov 1972-ci ildə, Şəbnəm xanım isə 1981-ci ildə anadan olub.

Hər kəsin “Bəxt üzüyü” filmindən Hüseyn kimi tanıdığı əməkdar artist Ayşad Məmmədovun həyat yoldaşı İlqarə Tosova da aktrisadır. Bu cütlüyün aralarındakı fərq on ildir. Ayşad Məmmədov 1954-cü ildə, İlqarə xanım isə 1964-cü ildə anadan olub.

Gənclər Teatrının yaradıcısı, mərhum rejissor Hüseynağa Atakişiyev isə bir neçə dəfə ailəli olub. Rejissorun evlilikləri aktrisalarla baş tutub.

Hüseynağa Atakişiyevin ilk həyat yoldaşı əməkdar artist Gülşad Baxşiyeva olub. Bu cütlüyün iki oğlu var. Boşanandan sonra Atakişiyev digər əməkdar artist Nəsibə Eldarova ilə ailə həyatı qurub.  

Rus Dram Teatrının aktyoru Səfa Mirzəhəsənov da həmin teatrın aktrisası Yevgeniya Neverjiznskaya ilə ailəlidir.

Musiqili teatrın aktyoru Hüseyn Əlili isə iki dəfə ailə həyatı qurub və hər ikisi də aktrisa ilə. Hazırda Gültac Əlili ilə rəsmi nikahda olan aktyorun bir övladı var.

Xalq artisti Fatma Mahmudovanın keçmiş həyat yoldaşı Tofiq Qarayev isə Azərbaycan teatrının ən istedadlı aktyorlarından olub. Deyilənə görə, Mahmudova bu evliliyə keçmiş həyat yoldaşının içki düşkünü olması səbəbindən son qoyub. Qeyd edək ki, onların iki qızı var.

Əməkdar artist Ötkəm İsgəndərov da aktrisa Maya İsgəndərova ilə evli olub və sonradan ayrılıblar.

İntiqam Valehoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi