Modern.az

Azərbaycanlı yazarlar Şeir Konfrasına gedir

Azərbaycanlı yazarlar Şeir Konfrasına gedir

27 May 2013, 13:21

Mayın 28-dən iyunun 2-dək Qırğız Respublikasında Türkçənin Uluslararası Şeir Şöləni keçiriləcək. Sayca onuncu dəfə keçirilən şölən, Türkiyə prezidenti Abdullah Gülün dəstəyi ilə paytaxt Bişkəkdə baş tutacaq.
Türkiyə Yazarlar Birliyinin təşkilatçılığı ilə keçiriləcək Şeir Şölənində Türk Dünyasından olan şairlər, ədəbiyyatşünaslar iştirak edəcək.
Azərbaycanı şöləndə şair-publisistlər Mahir Qarayev, Əkbər Qoşalı və  Elşən Əzim  təmsil edəcək.
Şöləndə fərqlənən şairlərə “Manas Böyük Ödülü”, “Yusuf Has Hacib Böyük Ödülü”, Namiq Kamal Böyük Ödülü” olmaqla üç ödül nəzərdə tutulub.

Açılışı Bişkək Filarmoniya Konsert Salonunda baş tutacaq Şöləndə, TYB Başqanı İbrahim Ulvi Yavuz, Türkçənin Uluslararası Şeir Şöləni Daimi Heyət başqanı D. Mehmet Doğan, Qırığız Yazıçılar Birliyi başqanı Omar Sultanov, Qırğız Mədəniyyət naziri Sultan Raev, habelə iştirakçı ölkə şairlərinin salamlama çıxışları olacaq.
Konfransda Qırğız Məclis başqanı Asilbek Jeenbekov və Qırğız prezidenti Almazbek Atambayev iştirak və çıxış edəcəklər.

Açılış günü Bişkək Milli Orkestrinin Konsertinə tamaşa edəcək Şölən iştirakçıları, ardından “Yusuf Has Hacib Şeir Fəsli”nə yığışacaqlar.
Mayın 30-da “Manas Şeir Fəsli”, “Namiq Kamal Şeir Fəsli”, “Yunus Əmrə Şeir Fəsli”nı yığışacaq ədəbiyyatçıların həmin gün Bruna- Atabeyt Gəzisi də gerçəkləşdiriləcək.

Sonra “Atolye çalışması”, “Dastanlar və Şeir Gecəsi” təşkil olunacaq.
Son gün İssıkgölə hərəkət edəcək Şölən iştirakçıları, gəzi sonrası “Sezai Qaraqoç Şeir Fəsli”, “Halimə Xudayberdiyeva Şeir Fəsli”nə yığışacaq, yenə “Atolye çalışması”nda bulunacaq, habelə “Şeir və Siyasət”, “Fonetik bucağından Şeir” mövzusunda müzakirələr aparacaqlar.

Axşam Bişkəkə dönən Ədəbiyyatçılar, Qırğız paytaxtında Qapanış Toplantısına qatılacaqlar.
İyunun ilk gününü “Sərbəst zaman”a ayıran təşkilatçılar qonaqların öz aralarında və Qırğız yazarları ilə sərbəst təmas qurmaları üçün ayarlayıb.

Qonaqlar Bişkəkdən iyunun 2-də ayrılacaqlar.

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir