Modern.az

“İtkin söz” “Qanun”da tapıldı

“İtkin söz” “Qanun”da tapıldı

27 May 2013, 12:57


Modern az xəbər verir ki, “Qanun” nəşriyyatı “Ən yeni tərcümə” seriyasında müasir Türkiyənin ən ünlü yazarlarından biri Oya Baydarın “İtjin söz” kitabını nəşr edib. “Qələmini və sözünü itirmiş bir yazıçı. Yazıçının alim arvadı və dünyanı bürüyən şiddətdən qaçmaq üçün uzaq bir adaya sığınan oğlu. Törədən qaçan gənc bir qız.  Bir etirafçı. İstanbulda canlı bir bombanın partlaması nəticəsində tikələri ətrafa səpələnən bir qərib. Cənub-şərqdə özəl bir qadının həyatı.  Norveçdə kiçicik bir ada və üzünü bir daha heç vaxt görə bilməyəcəyi nağıllar diyarının şahzadəsi – anasını gözləyən bir uşaq.

Şiddət harada başlayır? Laboratoriyadakı təcrübə heyvanlarını kəsəndə? Yoxsa müharibədə öləndə və öldürəndə? Öz mənfəətləri uğrunda uşağını istəmədiyi bir həyatı seçməyə məcbur edəndə, ağrı-acının şəklini çəkəndə? Törənin qanunlarını həyata keçirəndə, sevişəndə, yoxsa yadı özgələşdirəndə?

Bir söz axtarırdı: mənbəyi quruyan itkin bir söz. Bir səs eşitdi: “Zarok kuştin! Uşağı öldürdülər!” Fəryadın arxasın­ca düşüb uzaqlara getdi, insana çatdı və nəhayət, sözü tapdı”, – deyə kitaba girişdə qeyd olunur.

O. Baydarın “İtkin söz” kitabını türkcədən Sevinc Natiqqızı tərcümə edib.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq