Modern.az

ADP sədri: “İndi təzədən Milli Şurada niyə birləşirlər?” - MÖVQE

ADP sədri: “İndi təzədən Milli Şurada niyə birləşirlər?” - MÖVQE

Aktual

27 May 2013, 17:14

 

“Mən sabah elan ediləcək Milli Şura haqqında heç bir məlumata malik deyiləm. Ona görə bir söz deyə bilmərəm.  Müxalifət İctimai Palatada bir yerdədir. İndi təzədən Milli Şurada birləşirlər?”Bu sözləri Modern.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib.  

Onun sözlərinə görə,  ilk növbədə tərkibin kimlərdən təşkil olunduğunu bilmək lazımdır. “Kimlər var orada? Nə işlə məşğuldurlar?  Perspektivləri nədir?  Qoy bəyannaməsini elan eləsin, tərkibinə kimlər daxildir bilək”-deyən ADP sədri yalnız bundan sonra hansısa rəy söyləyə biləcəyini vurğulayıb.

S. Cəlaloğlu ölkədə 20 ildən artıq müxalifətin olduğunu deyərək bu düşərgənin hər hansı uğurunun şahdi olmadığını bildirib. “20 ildi Azərbaycanda müxalifət var. Guya neyləyirlər ki? Hansısa quruma daxil olurlar.. Nə olur ki, onda?  Milli Şuranın perspektivi ilə bağlı  heç bir fikrim yoxdur.”-deyə ADP sədri bildirib.  

 

Vüqar İSMAYILOV 


Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi