Milli Məclisin üzvü Nazim Məmmədov sentyabrın 20-də Ramazan bayramı münasibətilə Bakıdakı Venesiya restoranında daha bir xeyriyyə aksiyası təşkil edib.
Millət vəkilinin təşkil etdiyi tədbirdə əsasən qocalar, uşaqlar, kimsəsizlər iştirak ediblər. Bayram əhval-ruhiyyəsi şəraitində keçən mərasimdə Ramazan süfrəsi açılıb, tanınmış müğənnilər Zakir Əliyev, Almaz Orucova, Tünzalə Ağayeva qonaqları öz ifaları ilə şənləndiriblər. Mərasimin iştirakçıları xeyriyyə aksiyasının təşkilinə görə deputat Nazim Məmmədova təşəkkür ediblər.
Qeyd edək ki, tədbirdə jurnalistlər də iştirak ediblər.