Modern.az

Sərkisyan bu dəfə də qeyri-rəsmi görüşdən imtina etdi

Sərkisyan bu dəfə də qeyri-rəsmi görüşdən imtina etdi

27 May 2013, 18:15


Bu gün Bişkekdə Ermənistan xarici işlər nazirinin rəhbərliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçirilib. Bunun davamı olaraq sabah KTMT-in üzvü olan dövlətlərin başçılarının qeyri-rəsmi görüşü olacaq.

Modern.az-ın erməni mətbuatına istinadən bildirir ki, erməni prezidentin mətbuat katibi Armen Saqatelyan Serj Sərkisyan adından məlumat yayıb. Məlumatda bildirilir ki, Ermənistan prezidenti Serj Sərkisyan sabah Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək qeyri-rəsmi görüşdə iştirak etməyəcək.

Qeyd edək ki,  KTMT üzv ölkələrin xarici işlər nazirlərinin bugünkü iclasında qəbul edilən bəyanatda Dağlıq Qarabağ münaqişəsinin həlli də yer alıb. Bəyanatda deyilir: “KTMT ölkələri, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin tərəfdarıdır, BMT və Helsinki Yekun Aktının Nizamnaməsi əsasında Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsinin əsas prinsipləri, xüsusilə ilə güc tətbiq etməmək və təhdiddn çəkinmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetməsinə aid olan prinsiplərin üzərində işləmək üçün ATƏT-in Minsk qrupunun əhəmiyyətini vurğulayırıq”.  

 

Elçin AĞAYEV

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir