Modern.az

Region gəncləri üçün beyin mərkəzləri qurulur

Region gəncləri üçün beyin mərkəzləri qurulur

27 May 2013, 20:32

Gənclər üçün Təhsil Mərkəzi regionlarda gənclərin iştirakı ilə beyin mərkəzlərinin yaradılmasına başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan layihənin əsas məqsədi gənclərin analiz və təhlil etmək bacarığını inkişaf etdirmək, onların baş verən ictimai-siyasi hadisələrə düzgün qiymət verməsini təşviq etmək və gənclərin təşəbbüskarlığının artırılmasına kömək etməkdir.

Pilot olaraq, Gəncə, Mingəçevir, Ağcabədi və Hacıqabulda nəzərdə tutulan beyin mərkəzlərinin qurulması üçün həmin regionlardan olan gənclər üçün təlim proqramlarına başlanılmışdır. Eyni zamanda praktiki fəalliyyətlər vasitəsilə gənclərin bilik və bacarıqlarının artırılmasına şərait yaradılacaqdır.

Layihənin əlaqələndiricisi Qızılgül Teyyubovanın verdiyi məlumata görə, yaranacaq beyin mərkəzləri region gənclərinin yeni təkliflərlə çıxış etmələrinə, onları inkişaf etdirmələrinə, o cümlədən reallaşdırmalarına kömək edəcək. Gələcəkdə bu mərkəzlər vasitəsilə gənclərimizin xarici ölkələrdəki beyin mərkəzlərinə tanışlıq səfərlərinin həyata keçirilməsi də nəzərdə tutulur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir