Modern.az

“Neftçi” kuboku “Xəzər Lənkəran”a vermədi: dava düşdü - FİNAL

“Neftçi” kuboku “Xəzər Lənkəran”a vermədi: dava düşdü - FİNAL

28 May 2013, 23:23


Mayın 28-də futbol üzrə Azərbaycan kubokunun final oyunu keçirilib. Finalda builki Azərbaycan çempioni "Neftçi" ilə "Xəzər Lənkəran" klubu qarşılaşıb. Bu oyunla 2012/13 mövsümünə yekun vurulub. "Böyük oyun" adlanan bu qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə ilə nəticələnib – 0:0.
Penaltilər seriyasında isə "Neftçi" 5:3 hesabı ilə qalib gələrək, Azərbaycan  kubokunu başı üzərinə qaldırıb.

***

Qeyd edək ki, final oyunundan dərhal sonra qalmaqal baş verib. Dava-dalaşa “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçlə "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak arasında yaranmış mübahisə səbəb olub.

Con Toşak meydana daxil olaraq Stamenkoviçə etirazını bildirib. Çünki peniltilər seriyasında Saşa Stamenkoviç "Xəzər Lənkəran"ın 11 metrlik zərbələri vurmağa gələn oyunçularına psixoloji təzyiq göstərib, onlara söz atıb.
Toşakın etirazından sonra serbiyalı qapıçı yaxınlaşaraq məşqçinin əlini sıxıb. Lakin bundan sonra Stamenkoviçlə rəqibin futbolçuları bir-birinin ünvanına təhqirlər yağdırıb. Nəticədə meydanda hər iki komandanın üzvləri arasında qarşıdurma baş verib.

Futbolçular arasında insidenti yatırtmaq üçün hər iki klubun rəsmiləri müdaxilə edib. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də VİP tribunadan düşərək futbolçuları sakitləşdirməyə çalışıb.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?