Modern.az

Müvəqqətilik anlayışı

Müvəqqətilik anlayışı

29 May 2013, 09:40

manzara1@rambler.ru

“Düşüncələr” silsiləsindən
                       

Həyatda MÜVƏQQƏTİ deyilən heç nə yoxdur. Çünki BİR GÜN DƏ ÖMÜRDÜR. Hətta ANın özü də. Neqativ durumlarda “müvəqqəti”  anlayışı sadəcə təsəllidir, pozitiv hadisələrdə isə o, xəbərdarlıq xarakteri daşıyır.

Mahiyyətə varanda görürük ki, nəsibimiz olan bütün xoşbəxtliklər, qarşılaşdığımız çətinliklərin hamısı ötəridir. Amma həmin hadisələrin ömrümüz boyunca bizi müşayiət etdiyini, sadəcə formasını dəyişdiyini nəzərə alsaq, görərik ki, həyatımız “müvəqqəti”lərin cəmindən ibarətdir. Ömür də bizə müvəqqəti əmanət edilmiş mövcudiyyət forması olduğundan, YAŞAM TƏRZİMİZİN KEYFİYYƏT FƏRQİNƏ VARMAĞIMIZ xüsusi önəm kəsb edir. Hər günümüzün deyil, hər anımızın ürəyimizcə olması qayğısına qalmaq, VAXTIMIZIN qədrini bilmək zərurəti buradan meydana gəlir. “MÜVƏQQƏTİDİR” deyib arxayınlaşanlar əslində ömrü itirirlər.


2009 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı