Modern.az

Kimdir günahkar: Siyavuş Aslan, yoxsa həmkarları?

Kimdir günahkar: Siyavuş Aslan, yoxsa həmkarları?

29 May 2013, 12:37
 Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslan atasını sənət yoldaşlarından narazılıq edib. Ç.Aslan bildirib ki, nə teatr rəhbərliyi, nə də aktyorlar sənətkara baş çəkirlər.

Modern.az səsləndirilən fikirlərlə bağlı Siyavuş Aslanın həmkarlarını danışdırıb. Xalq artisti Ramiz Novruz bildirib ki, “Azdrama”da hər kəs Siyavuş Aslanı çox sevir: “Burda məsələ bir az başqa cürdür. Ayrı-ayrı aktyorlar dəfələrlə onun yanına gedib, zəng vurublar. Amma özü nə görüşmək istəyib, nə də danışmaq. Hamımız onu çox istəyirik. Əvvəllər onu tez-tez dəniz kənarında görürdük. Axır vaxtlar evdən bayıra çıxmır”.

“Azdrama”nın aktrisası, xalq artisti Zemfira Nərimanova isə sənətkara baş çəkməməsini belə izah edib: “Bir-iki dəfə zəng elədim, gördüm ki, soyuq danışırlar. Ona görə getmədim. Amma zəng edəndə fikrim onun yanına getmək idi”.

Teatrın digər aktrisası, xalq artisti Bəsti Cəfərova isə həmkarıyla telefon əlaqəsi də saxlamayıb: “Həmkarlarımdan eşitdim ki, heç kimi görmək istəmir. Axırıncı dəfə onu ötən ilin sentyabr ayında “Space”də ad günündə görmüşəm. Əvvəlcə məni tanıdı, hətta qızımı da soruşdu. Sonra isə mənə elə gəldi ki, kim olduğumu bilmədi. Mən onun xətrini çox istəyirəm. Hətta 70 illiyində hazırlanan “Kaş araba aşmayaydı” tamaşasında onun qarısını oynamışam. Sadəcə özü heç kimi görmək istəmədiyindən, yanına getmirik”. 

İntiqam Valehoğlu  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir