Modern.az

Aygün Kazımova Brilliant Dadaşovanı təhqir etdi: "Meymun baxar güzgüyə..."

Aygün Kazımova Brilliant Dadaşovanı təhqir etdi: "Meymun baxar güzgüyə..."

30 May 2013, 12:01


“Atalar yaxşı deyib: Meymun baxar güzgüyə, adını qoyar özgəyə". ANS PRESS-in məlumatına görə, Xalq artisti Aygün Kazımovanın sənət dostlarına müraciət edib. Müğənninin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə deyilir. "Ey yalançı dostlar! Efirə çıxıb məsum qız uşağı imicində yalandan xalqın qarşısında təmiz görünmək üçün yetmiş mənalı fikirlər söyləməyin. Zülfiyyə Xanbabayeva, uşaqları öz söhbətlərinizə qatmayın. “Onları təhqir etməyin” kimi müraciətinizi yaxın rəfiqəniz olan Brillianta elə təklikdə də söyləyə bilərdiniz. Çünki o mənim uşağımı sosial şəbəkələrdə təhqir edib. Daha efirə çıxıb xal qazanmaq naminə yox...

Bir atalar sözü də var. Dəvəquşu başını salıb kolluğa amma arxasından xəbəri yoxdur. Haqsızlığa baş əyməkdənsə tək qalmaq daha şərəflidir. Mən həmişə tək olmuşam və siz həmişə məni altdan-altdan yıxmağa çalışmısınız. 25 ildir ki, bu sizdə alınmayıb. Heç 25 il keçsə də alınmayacaq. Çünki Allahın ucaltdığı bəndəni ancaq Allah yıxa bilər. Bəndələr kimdir ki?..”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir