Modern.az

Qılıncoynatma üzrə ən böyük turnir Bakıda olacaq

Qılıncoynatma üzrə ən böyük turnir Bakıda olacaq

29 Mart 2010, 16:49

Aprelin 2-dən 10-dək Bakıda qılıncoynatma üzrə Yeniyetmələr və Gənclər arasında dünya çempionatı keçiriləcək. Aprelin 1-də isə paytaxtımızda Beynəlxalq Qılıncoynatma Federasiyası Baş Assambleyasının iclası baş tutacaq.  

 

Çempionatda 1500 idmançı və 90-dan çox ölkədən gələn nümayəndə iştirak edəcək. Bu yarışma müddətinə və iştirakçılarının sayına görə idmanın qılıncoynatma növü üzrə keçirilən ən böyük turniridir.  

 

Dünya çempionatına son hazırlıqlarla bağlı Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbərliyi sabah mətbuat konfransı keçirəcək. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir