Modern.az

Təhsil Nazirliyində müşavirə keçirilib

Təhsil Nazirliyində müşavirə keçirilib

29 Mart 2010, 17:14

Martın 29-da Təhsil Nazirliyində müşavirə keçirilib. Müşavirədə çıxış edən təhsil naziri Misir Mərdanov qarşıda duran bir sıra məsələlərə toxunub. Nazir Təhsil Nazirliyində fəaliyyət göstərən “Qaynar xətt” xidmətinin fəaliyyətinin daha da gücləndirilməsindən, aparılan işlərin səmərəliyinin təmin olunmasından söz açıb, xidmətin işinin təkmilləşdirilməsi üçün vacib olan məqamlara toxunub.
Sonra nazir yaxın günlərdə keçirilməsi nəzərdə tutulan kollegiya iclaslarına hazırlıq işlərinin təşkili vəziyyəti ilə maraqlanıb. Qeyd olunub ki, həmin tədbirlərdə əcnəbi tələbələrin Azərbaycanda təhsili, ölkə üzrə metodik xidmətə dair mövcud vəziyyət və onun yaxşılaşdırılması, IX-XI siniflərdə keçirilən yoxlama imtahanlarının yekunu, buraxılış imtahanına hazırlıq məsələləri müzakirə olunacaq.
Müşavirədə nazir, həmçinin, “İlin ən yaxşı ümumtəhsil məktəbi”, “İlin ən yaxşı müəllimi” müsabiqələri üzrə işin gedişi, məktəblərin rasionallaşdırılması, peşə təhsili, elm, dərslik və digər sahələrlə bağlı bir sıra məsələlərə də toxunub, eyni zamanda bu və ya digər istiqamətdə aparılan işlərə dair konkret tapşırıqlar verib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir