Modern.az

Deputat “Dünyanı dəyişən alimlər”i bağışlayacaq

Deputat “Dünyanı dəyişən alimlər”i bağışlayacaq

Aktual

31 May 2013, 10:17
Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik əlamətdar yubileyi,  habelə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü müna­sibəti ilə millət vəkili Qənirə Paşayevanın “Dünyanı dəyişən alimlər”  adlanan yeni kitabın təqdimatı keçiriləcək.  İyunun 1-də Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq təqdimatda alimlər, millət vəkilləri, uyğun profilli nazirlik nümayəndələri və KİV-in təmsilçiləri iştirak edə­cək. Missiyası, mandatı adından bəlli olan kitab, Azərbaycanda öz formatına, məzmun-mündəricəsinə görə azsaylı nəşrlərdən sayıla bilər. ABAİ İB-nin və “NAR Mobile”nin dəstəyi ilə “Elm və Təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən  “Dünyanı dəyişən alimlər” kitabı, yu­xarıda qeyd olunan əlamətdar səbəblərlə uşaqlara, yeniyetmə və gənclərə, ümu­mən elmlə, təhsillə maraqlanan bütün Azərbaycan oxucularına bir töhfə olub, respublikanın aparıcı kitabxanalarına, böyük elm-təhsil və mədəniyyət müəs­sisələrinə, habelə Gənclər Evlərinə, böyük məktəblərin kitabxanalarına Qənirə Paşayeva tərəfindən hədiyyə olunacaq.  Qənirə Paşayeva və onun rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB)  hesab edir ki, Azərbaycan gəncliyinin kitaba dönüşünə də töhfə sayıla biləcək bu aksiya, yeni nəsillərin elmə, təhsilə motivasiya olunmasında təsirsiz ötüşməyəcək və sözügedən kitab ümumən geniş oxucu kütləsi üçün maraqlı və gə­rəkli olacaq.  

Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!