Modern.az

Fikrət Qoca: “AYB-də olmasam, işlər düyünə düşəcək“

Fikrət Qoca: “AYB-də olmasam, işlər düyünə düşəcək“

31 May 2013, 10:37

Modern.az-ın orta və yaşlı nəsil qələm adamları arasında keçirdiyi “İndi nə yazırsınız?” rubrikasının budəfəki qonağı AYB-nin birinci katibi, xalq şairi Fikrət Qocadır. “Mən indi də şeir yazıram. Yaşadığım dövr, o dövrün insanı barədə yazıram. İstəyirəm ki,  dünyaya bu günün insanının gözü ilə baxım. Hazırda bu cür şeirlərimdən ibarət kitab yazmaq fikrindəyəm. Ömür vəfa etsə, kitab çap olunacaq. Son kitabım keçən il işıq üzü görüb. Adı “Sönən deyil bu ocaq“ adlanır. Ən son şeirlərim və 6 poemam orda cəmlənib. Növbəti çap olunacaq kitabın adını isə hələ fikirləşməmişəm. AYB-nin birinci katibi kimi isə bütün icra aparatı mənə baxır. Amma burda hamı oturub şeirin yazır. Əgər nə zaman ki, şikayət, yaxud bir problem olur, onu aradan qaldırmağa çalışırıq. Düşünmürəm ki, mən olmasam, orda nəsə əskiləcək, yaxud o işlər görülə bilməz”.

  Elmin Nuri  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir