Modern.az

Aqil Abbas gənc yazarlarla görüşüb - FOTOLAR

Aqil Abbas gənc yazarlarla görüşüb - FOTOLAR

31 May 2013, 13:32

Modern.az-ın məlumatına görə, Yazıçılar Birliyinin Natəvan klubunda Gənc Ədiblər Məktəbi-2 növbəti görüşü keçirilib. Gənc yazarların budəfəki qonağı yazıçı, millət vəkili Aqil Abbas olub. Görüşdə Sumqayıt, Qazax, Şəmkir, Lerik, Cəlilabad, Tovuz və digər regionlardan tədbirə qatılmış gənclər görüşə əlavə rəng qatıblar.

Mərasimi AYB-nin gənclər üzrə katibi Rəşad Məcid açıb. Qonaq haqqında, onun yaradıcılığı və şəxsiyyəti barədə geniş məlumat verən natiq çıxış etmək üçün sözü səbəbkarın özünə verib. Öncə iştirakçıları salamlayan Aqil Abbas ədəbiyyata ilk gəlişində hansı çətinliklərlə üzləşməsi və bu yolda ona kimlərin dəstək olması və s. barədə verilən sualları cavablandırıb.


Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır