Modern.az

“Musa Yaqubun Poeziyası”

“Musa Yaqubun Poeziyası”

Mədəni̇yyət

30 Mart 2010, 14:48

“Musa Yaqubun Poeziyası”. Tanınmış yazıçı-publisist, dosent Allahverdi Eminovun “Mütərcim” Nəşriyyat və Poliqrafiya Mərkəzində yenicə çapdan çıxmış kitabı belə adlanır. Azərbaycanın görkəmli şairi, çağdaş poeziyamızın söz nəhənglərindən olan, Söz Azadlığını Müdafifiə Fondunun (SAMF) sədri Musa Yaqubun keçdiyi həyat yolu və bənzərsiz, dərin qatlara söykənən yaradıcılığını tamamilə əhatə edən kitabı təkcə ədəbi tənqid prizmasından dəyərləndirmək mümkün deyil. Əslində bu kitabı “bədii yaradıcılıq haqqında bədii fikir” adlandırmaq daha düzgün seçim olardı. Yeri gəlmişkən, “Musa Yaqubun Poeziyası” şairin yaradıcılığına analitik baxış güzgüsü sərgiləyən ikinci kitab, dəyərli ədəbi nümunədir. Birinci kitab tənqidçi Vaqif Yusiflinin analoji dəyərləri spesifik formada oxucularla bölüşən “Yaxşı ki sən varsan” olub. Bu kitabların ardıcıllıqla yazılaraq bir silsiləyə çevrilməsi isə şübhəsiz ki, Musa Yaqub poeziyası və şəxsiyyətinin Azərbaycan xalqının yaddaşında və ədəbi tarixində əvəzsiz yer tutacağının real göstəricisidir. Yazıçı-publisist Allahverdi Eminov kitabda Musa Yaqub ucalığının bütün çalarlarını yüksək sənətkarlıqla əks etdirə bilib. Kitabın orijinal cəhətlərindən biri də müəllifin “ön söz”dən imtinasıdır. Bu isə imkan verib ki, A.Eminov Musa Yaqub haqqında öz ədəbi qeydlərini tamamilə oxucu dəyərləndirmələrinin ixtiyarına buraxsın. Qərb ölkələrinin medialarında olduğu kimi.

Kitab 7 bölmə və əlavələrdən ibarətdir.Nəşrin elmi redaktoru professor Tərlan Novruzov, rəyçisi dosent Aydın Paşayevdir. Kitab 500 nüsxə ilə çap olunub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir