Modern.az

Pribaltikalı deputat: “Dağlıq Qarabağdakı separatçılarla dostluq təşəbbüsü Litva deputatlarının ciddi səhvi idi” - MÜSAHİBƏ

Pribaltikalı deputat: “Dağlıq Qarabağdakı separatçılarla dostluq təşəbbüsü Litva deputatlarının ciddi səhvi idi” - MÜSAHİBƏ

3 İyun 2013, 10:34

Litva-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Yuras Pojelanın Modern.az-a eksklüziv müsahibəsini təqdim edirik.

- Bir müddət əvvəl Litva parlamentinin bir qrup deputatının Dağlıq Qarabağdakı separatçı rejimin “parlamenti” ilə dostluq qrupunun yaratmaq təşəbbüsü Azərbaycanda böyük rezonans doğurdu. Bu məsələ iki ölkənin dostluq qrupu arasında münasibətlərdə hansı iz qoydu? Belə təşəbbüslər parlamentlərarası münasibtələrə təsirini göstərirmi?

- Hər iki ölkənin parlamentləri arasında münasibətlər yüksək səviyyədədir. Bu məsələ Litva parlamentinin üzvü olan bir neçə deputatının təşəbbüsü idi. Fikirmizcə, bu, həmin deputatlar tərəfindən buraxılmış ciddi səhv idi. Bu təşəbbüs Litva parlamentinin rəsmi mövqeyini və dövlət siyasətini heç bir halda əks etdirmir. Biz  Azərbaycan-Litva dostluq qrupunun bugünkü görüşündə məsələni müzakirə etdik. Bununla bağlı öz üzrxahlığımı Azərbaycan-Litva parlamentlərarası dostluq qrupunun rəhbəri Fuad Muradova çatdırdım. Hesab edirəm ki, belə xoş olmayan məsələlər bir daha təkrarlanmayacaq. Mən Litva parlamentinin bir neçə deputatının təşəbbüsünə cavabdehlik daşıya bilmərəm. Amma əminliklə deyirəm ki, belə təşəbbüslər iki ölkə arasında olan yaxşı münasibətlərə heç bir kölgə sala bilməz.

- Azərbaycanın tarixi torpaqlarının itirilməsi nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinə Litvanın ictimai-siyasi dairələrində baxış  necədir?

- Bu barədə birmənalı danışmaq düz olmazdı. Xüsüsilə Sovet İttifaqını xatırlamayan gənc nəsil bu dövlətin tarixi ilə o qədər də yaxşı tanış deyil. Onlar bu problemin tarixini və yaranma səbəblərini  o qədər də yaxşı bilmirlər. Fikirmcə, təkcə litvalı deyil, bütün Avropa gəncləri üçün Dağlıq Qarabağ münaqişənin baş vermə səbəbləri, hazırda orada nə baş verməsi  ilə bağlı çoxlu informasiya vermək lazımdır.  Mənim şəxsi mövqeyimə gəlincə, bu, beynəlxalq təşkilatların, BMT-nin və Litva dövlətinin rəsmi mövqeyindən fərqlənmir: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. 

- Azərbaycan və Litva parlamentlərarası dostluq qrupunun Litva tərəfdən 40-dan çox üzvü var. İki ölkənin parlamentlərarası dostluq qrupu arasında münasibətlər necədir?

- Bizim münasibətlər çox yüksək səviyyədədir. Azərbaycan tərəfdən qrupun rəhbəri olan deputat Fuad Muradov bu münasibətlərin yaxşılaşdırılmasında çox iş görüb. Məhz onu sayəsində bu münasibətlər yaxşı istiqmətdə irəliləməyə başlayıb. Bu gün bizim F. Muradovla görüşümüzdə ciddi müzakirələrimiz oldu. Bir çox mühüm məsələlərə toxunduq. Mən əminəm ki, müzakirə etdiyimiz məsələlər münasibətlərin yaxşılaşdırlımasına öz töhfələrini verəcək.

- SSRİ zamanı Pribaltika ölkələri ənənəvi müttəfiq respublikarla əlaqələr zəncirindən bir qədər “kənar” təsiri bağışlayırdı. İndi SSRİ-nin dağılmasından  20 ildən çox keçən müddət ərzində Litvada Azərbaycan haqqında nə bilirlər?

- Bizim ölkələr arasında münasibətlər çox yaxşıdır. Sizin yeni təyin olunmuş səfiriniz cənab Həsən Məmmədzadə bu istiqamətdə səylə çalışır. Litvada Azərbaycan mədəniyyətinin təbliği üçün keçirilən tədbirlər, böyük festivallar insanlar üçün Azərbaycanı tanımaqda böyük rol oynayır. Sadə litvalılara gəlincə, onların azərbaycanlılar barədə fikirləri çox yaxşıdır və sovet zamanında yaşamış nəsil Bakını çox yaxşı xatırlayır. Şəxsən mən özümün şəxsi nümunəmdən danışa bilərəm. Mənim babam  sovet vaxtı Litva SSR-də və müstəqil Litvada  Elmlər Akademiyasının prezidenti olub. O həmişə özünün azərbaycanlı həmkarları ilə yaxından dostluq edib. Mən babama deyəndə ki, “Bakıya gedirəm”, dedi ki, SSRİ dağılandan sonra onun ən yaxın dostları məhz Azərbaycanda qalıb. Bu məncə, özlüyündə çox şey deyir.  Şox şadam ki, Azərbaycanda mən də çox yaxın dostlar qazana bilmişəm. Öz nəvələrimə Azərbaycandan olan dostlarımdan danışa bilərəm.

- Azərbaycan və Litva parlamentlərinin dostluq qrupunun perspektiv üçün hansı planları var?

- Mən parlamentin üzvü kimi gənc nəsillər arasında əlaqələrin yaradılması üçün iş aparıram. Gənc nəsil təkcə ata-babalarından eşitdiyi məlumatlarla kifayətlənməli deyil, özləri bu tərəfdaşlığı canlı hiss etməlidirlər. Ötən ilin avqustunda Litvanın gənclər təşkilatlarının bir qrup nümayəndəsi Bakıda idi.Onlar Vilnüsə Azərbaycan barədə çox geniş məlumatlar və pozitiv əhvalla qayıtmışdılar. Bu bizim ikitərəfli əlaqələrimizdə əsas amil olmalıdır.

Mədəni əməkdaşlıq sahəsində bir sıra işlərimiz olacaq. Ən yaxın vaxtda azərbaycanlı rəssamların Vilnüsdə, litvalı rəssamların isə Bakıda sərgilərinin keçirilməsini planlaşdırırq.

- Bir aydan sonra Litva Avropa İttifaqına sədrlik etməyə başlayacaq. Litva ilə Azərbaycan parlamentləri arasında beynəlxalq təşkilatlarda əməkdaşlıq imkanları hansı səviyyədədir?

- Bu imkanlar yüksək səviyyədədir. Bir aydan sonra Litva Avropa İttifaqına sədrlik edəcək. Bu fürsət Azərbaycanla Avropa Birliyi çərçivəsində əməkdaşlığın daha böyük perspektivinə imkan açır. Bu ilin oktyabrında Vilnüsdə Avropa İttifaqının dəstəyi ilə böyük beynəlxalq konfrans keçiriləcək. Mən ümid edirəm ki, Azərbaycan bu konfransda yüksək səviyyədə təmsil olunacaq. Fikimcə, orada iştirakçı ölkələr Azərbaycan-Litva əlaqələrinin necə mühüm olduğuna bir daha şahidlik edəcəklər. Azərbaycan Avropanın ayrılmaz hissəsidir və bölgədə çox mühüm dövlət olaraq strateji əhəmiyətli rol oynayır. Bizim üçün də, Avropa üçün də Azərbaycanın rolu çox mühümdür.

- Litvada yaşayan azərbaycanlılar interqasiya prosesində hansı rolu oynayır?

- Litvada yaşayan azərbaycanlılar cəmiyyətin həyatında çox fəaldırlar. Azərbaycanlı icması ilə işləməkdən çox məmnunam. Lakin məncə, gənclər arasında daha çox məlumatlandırma işləri aparmaq vacibdir. Onlar təkcə Qərbi Avropaya deyil, özlərinin Şərqdəki bizim çox yaxın dostlarımızı da unutmamalıdırlar. Azərbaycan bu ölkələr sırasında birincilərdəndir. Bizim münasibətlərimizin parlaq nümunəsi olaraq “Avroviziya” musiqi yarışmasını göstərmək olar. Artıq ikinci dəfədir ki, Litva ən yüksək xalı Azərbaycan təmsilçinə verdi. Ölkələrimiz arasında münasibətlər dövlətlərimiz və xalqlarımız arasında bir-birinə olan etimada söykənir.

Xaqani Səfəroğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI