Modern.az

“Məhəmmədhüseyn Şəhriyarın bacısı müəlliməm olub” - Cənub ədəbiyyatı Modern.az-da

“Məhəmmədhüseyn Şəhriyarın bacısı müəlliməm olub” - Cənub ədəbiyyatı Modern.az-da

Ədəbi̇yyat

3 İyun 2013, 11:52

Modern.az müasir Cənubi Azərbaycan ədəbiyyatının təqdimatını davam etdirir. AYB-nin Cənub ədəbiyyatı şöbəsi ilə ortaq layihə çərçivəsində layihədə şairə Ziba Kərbasi ilə tanış olun.

Özü-özünü bu cür təqdim edir: “Uşaqlığımı başqa uşaqlardan fərqləndirən cəhətlərdən biri budur ki, şair Məhəmmədhüseyn Şəhriyarın bacısı mənim müəlliməm olub. Onun vasitəsilə Şəhriyarın evinə get-gəl edir, şeirlərini, söhbətlərini dinləyir, ondan öyrənirdim. O zaman 10, 11 yaşında idim. İlk şeirlərimi Şəhriyarın yan-yörəsində yazmışam. 13 yaşım olanda İrandakı inqilabi vəziyyət səbəbindən ögey atam güllələnib öldürüldü, sonra anam hədələndiyi üçün iki bacımı və məni götürüb  İngiltərəyə qaçdı".

Hazırda isə London “Exille İnk” dərgisinin redaktorlarından biriyəm. Şeir yazıram, fars, türk, ingilis dillərinə tərcümə edirəm, sevda və dəliliklə məşğulam...”.

Z.Kərbasi 1974-cü ildə Təbrizdə anadan olub. Məlum səbəblərdən Londona qaçmalı olub. 1998-ci ildən “Sürgündə yaşayan  İran yazıçılar birliyi” və “İran qələm birliyi”nin üzüdür. 2002-ci ildə İran Qələm Birliyinin nümayəndəsi kimi Dünya Pen Klubuna qatılır və 2004-cü ildə  “Sürgündə Yaşayan  İran Yazıçılar Birliyinin başqanı seçilir. Dünyanın 10 inqilabçı şairi sırasında onun da adı var. Pablo Nerudanın da olduğu siyahıda Ziba Kərbasi də qərarlaşıb. Azərbaycan sevdalısı olan xanımın bəzi şeirlərini sizlərə təqdim edirik:                                 

Sevgimizin göyləri buludludur
qoy yağsın.
Eşqimizin göyləri yağmurludur
qoy ağlasın.
Sonra göy qurşağını
boynuma as.
Çünki yağdım bütün buludlarımızı.
Ağladım bütün yağmuru.
Bax...
Könlümün yaşıllığında qızıl gül bitmiş.

Sənin qucağında
Sənin qucağında,
yer titrəyir,
göy  titrəyir.
Mənim könlümdə,
yer titrəyir,
göy  titrəyir,
sənin baxışın, gövdən, könlün, əlin və ayağın da.
Qorxu quşları birdən içimdən uçmuşlar.
Sağaldıcı  əllər
korluq gözlərini aydınlığa tərəf çəkir.
Ulduz gülür,
ay gülür,
günəş də.
Göy mavidir,
sənin qucağın da.

Anbaan sevgi
Pərişanlıq yatağına,
öpüş-öpüş yağdığım zaman,
imtinanı zahidlərə burax.
Açıqca,
“səni sevirəm” dediyim zaman,
şübhəni siyasətçilərə burax.
Yalnız köksünün qaranlıqlarını mənə burax ki,
anbaan sevgi işığı ilə aydınladım.

Çocuqluq sevinci
Çocuqluq sevincim,
kağızdan düzəltdiyim son raket idi.
Buraxdım,
və haraya getdiyini bilməz oldum.

Anların yolçuluğu
Əlvida deyirsən!
Anların ayağı
zamanın dar ayaqqabısına sığmaz olmuş.
Anların ayağı şişərkən,
ağır dəqiqələr irəliləyir.
Və bəkləyiş,
saatdan divara dönüşür.
Mən saat əqrəbləri kimi öz çevrəmə fırlanıram,
mən və saat əqrəbləri öz çevrəmizə fırlanırıq,
mən pərişanlıq və tələskənliklə,
əqrəb isə arxayın və təmkinlə.
Qucaq anına qədər ki,
artıq mən dayanmışam
və anlar öz rahat ayaqqabılarını geyib,
davam edirlər...

***                      

və belə ....
qoynunda yuxulat məni
yuxula ....Yox elə ....Elə yox....
əmma əmma
Ana mən, ana mənim....
Ana mənim hər tərəfinə əl qoysan yaradı...

 ***

Oynaaa

oyyynaaaa
siznən oynaya billəm?
üzümlər səsimdə partlaya-partlaya zamandan sürüşdüm
və belə ....
Qoynunda yuxulat məni
yuxula ....Yox elə ....Elə yox....
ammmma ammmmma
ana mən, ana mənimin.... Ana ana mənimin hər tərəfinə əl qoysan yaradı
yaradı....
Yaradan mənimin hər tərəfinə əl tapsan hava ....
Hava
kölgələr qaranlığı güdən zaman
kölgələr qaranlıqda əriyən zaman
günüm günlərə gülümsənir
günüm günləri saymaqda
göyə fırtıldayan, su səpən kimi fışqırığın havaya səpir .... Fır-fır
qulağımı eşitəməkdəyəm
gözümü görməkdə
axır daşları aşmaqda şeirim yazılır,  axır daşlara
özüma bir mücövür axtarıram
oyna zamanı oynatmışam
yazılmışam bütün şənbələrin sinəsində səsim
denən ölümə çox gecədi.... oyunu udmuşam!

***

Ölüm biboğlusuna bənzər

Adamın gözündən düşəndə
Da düşəndə
Düşər gözyaşı yaprax,
Adam, ki heeeeeeş adam deyil.
Ölüm qərə verni başmaxlarinan
Ağ dəsmalı əlində, Azər Xanım….
Qara ney çala-çala
Səfra günlər od üstündə çıqqaçıq, Azər Xanım…
Gözlərimin dörd dövründən tökür yuxulardan yuxulara
Kölgəsiz,
Kölgəsiz yuxulardan oyan, oyanax Azər Xanım.
Ölüm bibioğlusuna bənzər
Bir  pəzəvəng treyli kimin
Yolları bütün əzib qaçar
Diyən, yazan, söz verən, aldadan, inandıran
Ağlayıb, ölürəm-ölürəm gəl gəlirəmlərin
Mən elə deyiləm, belə deyiləm, beləyəmlərin
Azıb bütün danar
Adamı danar ölüm
Dil anlamaz
Yazıların bucağında gizlənib
Ulduzsuz qaranlıx kimi
Diskindirər nəfəsləri
Ölüm,
Ölüm kimi nəfəs alar.

***

Anların yolçuluğu

Əlvida deyirsən!
Anların ayağı
zamanın dar ayaqqabısına sığmaz olmuş.
Anların ayağı şişərkən,
ağır dəqiqələr irəliləyir.
Və bəkləyiş,
saatdan divara dönüşür.
Mən saat əqrəbləri kimi öz çevrəmə fırlanıram,
mən və saat əqrəbləri öz çevrəmizə fırlanırıq,
mən pərişanlıq və tələskənliklə,
əqrəb isə arxayın və təmkinlə.
Qucaq anına qədər ki,
artıq mən dayanmışam
və anlar öz rahat ayaqqabılarını geyib,
davam edirlər...

***

Sənin qucağında

Sənin qucağında,
yer titrəyir,
göy  titrəyir.
Mənim könlümdə,
yer titrəyir,
göy  titrəyir,
sənin baxışın, gövdən, könlün, əlin və ayağın da.
Qorxu quşları birdən içimdən uçmuşlar.
Sağaldıcı  əllər
korluq gözlərini aydınlığa tərəf çəkir.
Ulduz gülür,
ay gülür,
günəş də.
Göy mavidir,
sənin qucağın da.

Hazırladı: Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır