Modern.az

Azərbaycanda ov yerləri və tarifləri elan olundu - SİYAHI

Azərbaycanda ov yerləri və tarifləri elan olundu - SİYAHI

3 İyun 2013, 14:10


Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bu ilki ov mövsümü ilə bağlı müsahibə verib. Modern.az nazirliyin saytına istinadən bildirir ki, H. Əlizadə Azərbaycan ərazisində 2013-2014-cü illər üçün ov mövsümü 01 iyun 2013-cü il tarixindən etibarən açıq elan edildiyini qeyd edib. Onun sözlərinə görə, Respublika ərazisində 2013-2014-cü illərin ov mövsümündə vəhşi heyvanların ovlanması müddətləri və normaları aşağıdakı kimi müəyyən edilib;

• Təkə 01 iyun - 19 oktyabr 2013-cü il tarixlərində; 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)
• Qaban (çöl donuzu) 14 sentyabr - 21 dekabr 2013-cü il tarixlərində; 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)
• Dovşan 09 noyabr 2013-cü il - 11 yanvar 2014-cü il tarixlərində; 2 baş (adambaşına)
• Bataqlıq qunduzu (nutriya) 12 oktyabr 2013-cü il-23 fevral 2014-cü il tarixlərində ( nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün ovlanmasına icazə verilir).
• Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir.

H. Əlizadə qeyd edib ki, vəhşi heyvanların sayının tənzimlənməsi məqsədilə ov edilməsinə aşağıda göstərilən regionların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir: 
• Qaban (çöl donuzu) - Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı; 
• Təkə - Zaqatala, Şəki, Qax, Quba ; 
• Dovşan - Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı. 

Nazirlik sözçüsü ov icazəsinin Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalı olduğunu vurğulayıb. “Birdəfəlik ov icazəsinin qiyməti aşağıdakı kimi müəyyən edilib.

• Dovşan 2 manat 20 qəpik; 
• Çaqqal 3 manat 96 qəpik;
• Yenot və qunduz 1 manat 65 qəpik; 
• Təkə 24 manat 75 qəpik; 
• Qaban (çöl donuzu) 16 manat 50 qəpik. 

“Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilib”.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir