Modern.az

Allahşükür Paşazadə dünya ictimaiyyətinə müraciət etdi

Allahşükür Paşazadə dünya ictimaiyyətinə müraciət etdi

Ölkə

30 Mart 2010, 16:20

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 31 Mart Soyqırım Günü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib.
Müraciətdə bildirilib ki, XX əsrdə Azərbaycan xalqı ermənilərin məqsədli şəkildə törətdikləri vəhşi qətliamlar səbəbindən on minlərlə övladını qurban verib. "Azərbaycanın əzəli, əbədi torpaqlarına tarixən xaincəsinə göz dikmiş, bir əsrdə azərbaycanlılara qarşı iki dəfə qətliam törətmiş mənfur erməni ekstremistləri və onların havadarlarının əməllərinə heç cür bəraət qazandırmaq olmaz".
Müraciətdə qeyd edilib ki, xüsusi amansızlıqla, silahsız, dinc əhaliyə qarşı, uşaq, qadın, qocalara məhəl qoyulmadan gerçəkləşdirilmiş, bütöv kənd, şəhər və yaşayış məskənlərinin, maddi və mənəvi irsin məhv edilməsi ilə müşayiət olunmuş soyqırım aktları xalqımızın yaddaşında dərin iz qoyub. "Azərbaycanın bir çox yerlərində 92 il bundan əvvəl - 1918-ci ildə törədilmiş ağlasığmaz soyqırım cinayətlərinin qanlı izləri, kütləvi insan qəbiristanlıqları mövcuddur. Bu yaxınlarda Qubada aşkar edilmiş kütləvi məzarlıq da buna əyani sübutdur".

Qafqaz Müsəlmanları İdarəsinin sədri qeyd edib ki, beynəlxalq aləmdə saxta soyqırımların tanınması, soyqırım törədənlərin "soyqırım qurbanları" kimi qələmə verilməsi yönündə meyillər bizi hədsiz narahat edir. "Yaxın tarixdə - 1992-ci ildə Azərbaycan xalqının yaşadığı Xocalı qətliamına hüquqi-siyasi qiymət verilməsi ilə bağlı illərdir etdiyimiz müraciətlər hələ ki nəticə vermir. Bütün bunlara rəğmən, biz inanırıq ki, dünya soyqırımlara məruz qalmış Azərbaycan xalqının haqq səsinə biganə qalmayacaq, onun haqq işinin zəfər çalmasına, tarixi ədalətin bərpasına yardım olacaq".

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi