Modern.az

Elşad Abdullayevdən daha bir VİDEO

Elşad Abdullayevdən daha bir VİDEO

3 İyun 2013, 18:15

Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsindən “Azadlıq.TV”-yə yeni videolent təqdim edilib. Videolentlərdə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə universitetin komendantı vəzifəsində işləyən Məmmədəli Əliyevin danışıqları əks olunub. M. Əliyev o zaman Milli Təhlükəsizlik Nzirinin müavini olan Əli Nagıyevlə görüşdüyünü bildirir. Eyni zamanda qeyd edir ki, istintaqa ifadə verib və müğənni Mətanət İsgəndərli ilə üzləşdirilib. M. Əliyev həmçinin qeyd edir ki, MTN generalı Hilal Əsədovla Ə.Nagıyevin otağında görüşüb.

Komitədən “Azadlıq.TV”-yə verilən məlumata görə, M.Əliyevin bir müddət əvvəl verdiyi bəyanat həqiqəti əks etdirmir. M. Əliyev həmin bəyanatı Mahir Abdullayevi oğurlayan dəstənin təzyiqi ilə verib.

Komitə eyni zamanda bəyan edir ki, videolenti Baş Prokurorluğa göndəriləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər