Modern.az

Erməni cinayətləri barədə ensiklopediya litva dilində çap edilir

Erməni cinayətləri barədə ensiklopediya litva dilində çap edilir

Ölkə

30 Mart 2010, 16:55

st1:*{behavior:url(#ieooui) }

31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq Litva azərbaycanlıları cəmiyyətinin təşəbbüsü və dəstəyi ilə bu ölkədə bir sıra təbliğat tədbirləri keçirilir. Litva azərbaycanlıları cəmiyyətinin və Litva Milli İcmalar Şurasının sədri Mahir Həmzəyevin Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə verdiyi məlumata görə, soyqırım həqiqətlərini daha dəqiq şəkildə və tarixi faktlara söykənən sənədlər əsasında Litva ictimaiyyətinə çatdırmaq, elmi, siyasi və bir sıra digər akademik dairələrdə, həmçinin məxtəlif ictimai, mədəni təşkilatlarda obyektiv rəylər yaratmaq məqsədilə AMEA-nın İnsan Hüquqları İnstitunun hazırladığı “Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX - XXI əsrlər)” müxtəsər xronoloji ensiklopediyasından (Bakı, Elm, 2002-ci il) Litva dilinə tərcümə olunmuş hissələr və soyqırım faktlarını illüstrasiya edən görüntülər martın 26-də Litvanın populyar www.slaptai.lt internet saytında yerləşdirilib. (//www.slaptai.lt/azerbaidzanas/3016-ketinimu-nuzudyti-zurnaliste-itariami-armenu-teroristines-organizacijos-atstovai.html).

         Bu məqalədə əsasən keçən əsrin 90-cı illərində ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə, terror və kütləvi qırğın faktları təqdim olunub. Həmin materiallar və görüntülər həmçinin Kaunas şəhərində litvaca nəşr edilən, əsasən xristian mədəniyyəti və din dəyərlərini yayımlayan “XXI amžius” („XXI əsr“) adlı qəzetun aprelin 2-də çıxacaq sayında da dərc olunacaq. Məlumat üçün bildiririk ki, hazırda ölkədə 5000 ədəd tirajla yayımlanan həmin qəzetin internet versiyası da mövcuddur (www.xxiamzius.lt) və tərcümə olunmuş materiallar qəzetin internet variantında da yayımlanacaq.

         Sözügedən kitabdan bu ilin mart ayında litva dilində nəşr edilən tərcümələr həmin ensiklopediya materiallarının bu ölkədə üçüncü təqdimatıdır. Belə ki, Litva azərbaycanlıları cəmiyyətinin təşəbbüsü və iştirakilə bu ensiklopediyadan litva dilinə tərcümələrə ötən ilin axırlarından başlanılıb, indiyədək artıq iki dəfə - 2010-cu ilin yanvar (//www.slaptai.lt/azerbaidzanas/2821-teroristais-tampa-ne-tik-musulmonai.html) və fevral (//www.slaptai.lt/azerbaidzanas/2918-chodzaly-skerdynes--pati-didziausia-tragedija-kuri-istiko-pasauli-1992-aisiais.html) aylarında yuxarıda adı çəkilən mətbuat vasitələrilə ensiklopediyadan ayrı-ayrı bölmələr litva oxucusuna təqdim olunub.

         Ensiklopediyadan parçaları litva dilinə naşir və jurnalist Gintaras Visotskas və Litva azərbaycanlıları cəmiyyətinin sədri Mahir Həmzəyev tərcümə edirlər. Növbəti tərcümələr ilk Azərbaycan Demokratik Respublikasının daşnak qüvvələrinin bilavasitə iştirakilə bolşeviklər Rusiyası tərəfindən zəbt və süqut edilməsinin 90-cı ildönümü günündə - 28 aprel 2010-cu ildə işıq üzü görəcək. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir