Modern.az

İlahiyyatçıdan Türkiyə hakimiyyətinə dəstək

İlahiyyatçıdan Türkiyə hakimiyyətinə dəstək

4 İyun 2013, 10:35

Türkiyədə son günlər yaşanan “Gəzi” olayları bölgənin siyasi gündəmində bir dönüş yaratdı. Bir qrup siyasi ekspertin fikrincə, Türkiyədə bəzi dövlətlər təxribat hazırlamaq məqsədilə bu etiraz aksiyalarından istifadə edəcəklər. Digər tərəfdən dini qruplaşmaların da mövcud vəziyyətdən yararlanacağı barədə fikirlər səsləndirilir. Modern.az məsələ ilə bağlı, dini ekspert, ilahiyyatçı Elşad Miridən münasibət öyrənib.

E. Mirinin sözlərinə görə, demokratik seçkilər vasitəsilə hakimiyyətə gələ bilməyən qruplaşmalar iğtişaş yolu ilə leqal olan hökumətin dəyişdirilməsinə nail olmağa çalışırlar. “Türkiyə tarixində bu cür hallar bir neçə dəfə baş verib. 1960-cı ildə baş nazir Adnan Menderesin hakimiyyətdən devrilməsindən sonra edam olunması, 1980-ci ildə növbəti dövlət çevrilişini xatırlatmaq yerinə düşər. İndi də artıq “Ergenokon” və dərin dövlətin bir çox şeyləri əllərindən alındığına görə, istəyirlər ki, bu cür etirazlar keçirməklə hakimiyyəti əla alsınlar”.

Dini ekspertin fikrincə, hadisələrin gərginləşməsində İranın və Suriyanın da maraqları var. “Türkiyənin Dünya Bankına heç bir borcunun qalmadığı ərəfədə inkişafına əngəl olan bir plan hazırlayırlar. PKK kimi bir təşkilata milyardların axdığının qarşısının alındığı bir dövrdə belə məsələlərin gündəmə gətirilməsində əsas məqsəd Türkiyəyə və türk insanına ən böyük zərbəni vurmaqdır. Daxili güclərlə yanaşı, xarici faktorların da burada rol oynadığını ifadə etmək lazımdır”.

Xatırladaq ki,  İstanbulda Gəzi Parkında aparılacaq tikinti işlərinin qarşısını almaq üçün 7 gündür aksiya davam edir. Etiraz dalğasının miqyası isə genişlənir. Artıq iki nəfərin öldüyü bildirilir.

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır