Modern.az

Millinin “asan rəqib”lə görüşü haqda peşəkarlar nə düşünür? – Sorğu

Millinin “asan rəqib”lə görüşü haqda peşəkarlar nə düşünür? – Sorğu

Aktual

4 İyun 2013, 10:42

Dünya Çempionatı – 2014 seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan-Lüksemburq oyunu haqqında futbol mütəxəssisləri və futbolçular nə düşünür?

Modern.az bu mövzuda sorğu keçirib.

Adil Mahmudov (əməkdar məşqçi): “Lüksemburq bizim gözümüzdə ac canavar kimidir. Biz onu parçalamağa can atacağıq. Konkret bu oyunda qələbə qazanmağa borcluyuq. Zənnimcə, sonda gülən tərəf biz olacağıq. Azərbaycan futbolçuları öz meydanında istənilən rəqibi uda bilər”.

Əfran İsmayılov (milli komandanın üzvü): “Bu oyunun mahiyyətini futbolçular yaxşı anlayır. Bu oyun da yalnız bir şey haqqında düşünürük. O da qələbə qazanmaqdır. Lüksemburq bizə uyğun rəqibdir. Lakin bizim qələbədən başqa çıxış rolumuz yoxdur. Yalnız bu istəklə meydana çıxacağıq. Artıq bu gündən məşqlərə də başlayacağıq”.

Şahin Diniyev (milli komandanın keçmiş baş məşqçisi): “Oyunun çox çətin keçəcək. Qrupda xal qazana biləcəyimiz komandalardan biri də Luksemburdur. Əgər xal toplamaq istəyiriksə, bu oyunda qələbə qazanmalıyıq. Zənnimcə, millimiz qələbə qazanmağı bacaracaq, lakin bu asan olmayacaq”.

Vaqif Sadıxov (“Azal” klubunun baş məşqçisi): “Çoxdandır azarkeşlər və futbol ictimaiyyəti millimizdən qələbə gözləyir. İndi əlimizdə belə bir şansa var. Rəqibimiz Lüksemburq olmağına baxmayaraq, oyun asan olmayacaq. Ümumiyyətlə, Avropada asan rəqib yoxdur. Amma futbolçularımız ev oyununda bizləri sevindirəcək. İlk növbədə qələbə qazanmaq üçün bu oyuna motivasiya olmaq, köklənmək lazımdır”.

Abbas Quliyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!