Modern.az

"Bakıelektrikşəbəkə" “Azərbaycan” Nəşriyyatına xəbərdarlıq etdi (yenilənib)

"Bakıelektrikşəbəkə" “Azərbaycan” Nəşriyyatına xəbərdarlıq etdi (yenilənib)

Media

30 Mart 2010, 17:43

Martın 30-da saat 11.00 radələrindən 18.20-dək “Azərbaycan” Nəşriyyatında işıqların sönməsi burada yerləşən qəzetləri yenə çətin duruma salıb. Bunu Modern.az-a açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da təsdiq edib. O, bildirib ki, səhər saatlarından nəşriyyatda işıqların sönməsi qəzetlərin iş rejimini pozub: “Jurnalistlərin materialları əlyazma şəkilində hazırdır. Ancaq işığın yoxluğu ucbatından kampüterlər də işləmir. Biz 2-3 saat gözləyəcəyik, əgər işıqlar yanmasa, qəzetin sabahkı nömrəsi dərc olunmayacaq”.

 “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay da hazırda işığın yanmasını gözlədiklərini bildirdi: “Materiallarımız hazırdır. Ancaq işıqların sönməsi işimizi yarımçıq qoyub. Bizə işığın hansı səbəbdən sönməsi barədə heç bir məlumat verilməyib. Hələki gözləyirik. Sabahkı nömrənin çıxıb-çıxmayacağı barədə dəqiq heçnə deyə bilmərəm”.

"Azərbaycan" Nəşriyyatında işıqların hansı səbəbdən sönməsi barədə rəhbərliklə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qalıb.

“Bakıelektrikşəbəkə”nin mətbuat xidmətindən isə bildirlib ki, “Azərbaycan” Nəşriyyatının işığı borca görə kəsilib. Belə ki, nəşriyyatın “Baklelektrikşəbəkə”yə 178 min manat borcu var.

*** Saat 18.20-də "Azərbaycan" Nəşriyyatında işıqlar yanıb. Bunu Modern.az-a "Azərbaycan" Nəşriyyatının direktor müavini Bəsti İsmayılova bildirib. Lakin o, borcun ödənib-ödənməyəcəyi barədə bir söz deməyib. “Bakıelektrikşəbəkə”dən isə bildirilib ki, bu, nəşriyyata ciddi xəbərdarlıq idi. Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir