Modern.az

Abdulla Gül Ərdoğanın müavininə tapşırıqlarını verib

Abdulla Gül Ərdoğanın müavininə tapşırıqlarını verib

Aktual

4 İyun 2013, 13:39

Türkiyədə baş verən hadisələrlə bağlı prezident Abdulla Gül bu gün Baş nazirinin müavini Bülən Arınçla görüşüb. Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, görüşdən sonra prezidnet Baş nazirin müavini Bülənt Arınçı iqamətgaha dəvət edib. Görüş Bakı vaxtı ilə 12:30-da reallaşıb.

Görüşdən sonra Arınç “Gəzi parkı ilə bağlı Gülün fikirlərini öyrəndik”- deyə qeyd edib. Bildirilib ki, saat 14:00-da görüşün detalları ilə bağlı Baş nazirin müavini mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, Prezident Abdulla Gül Baş nazir Rəcəb Tayyib Ərdoğanın Mərakeşə getməsi ilə əlaqədar Arınçı iqamətgahına çağırıb.

Aytən ƏLİYEVA

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar