Modern.az

“Gülər Əhmədova evə buraxılsa, bəxtəvər olar ki...”

“Gülər Əhmədova evə buraxılsa, bəxtəvər olar ki...”

Aktual

4 İyun 2013, 14:57

“Gülər Əhmədovanın həftə sonu təcridxanadan evinə getməsi və ailə üzvləri ilə görüşməsi barədə yayılan məlumatlar yalandır”.

Bu barədə Modern.az-a Gülər Əhmədovanın vəkilləri məlumat verib. Onlar bu kimi məlumatların yalan olduğunu və ictimaiyyəti buna inanmamağa çağırıblar:

“Gülər Əhmədova şənbə-bazar günləri evə buraxılsa, bəxtəvər olar ki... Onun həftəsonu evə getməsi ailə üzvləri ilə görüşməsi yalandır. Belə məlumatlara inanmayın. Hamısı boş-boş söhbətlərdir”-deyə eks-deputatın vəkilləri vurğulayıblar.

Gülər Əhmədovanın səhhəti, istintaqın gedişatı ilə bağlı suallarımıza cavab verməyəcəklərini deyən vəkillər xatırladıblar ki, Gülər Əhmədova tərəfindən onlara qadağa qoyulub.

“Başqa heç bir suala cavab verməyəcəyik. Biz də məlumat vermək istəyərik. Amma mətbuata açıqlama verən kimi onun ailəsi inciyir. Artıq mətbuata Gülər Əhmədova ilə bağlı hər hansı məlumat verilməyəcək. Tapşırıq belədir. Biz də əməl edirik”- deyə vəkillər bildirib.    

Xatırladaq ki, Gülər Əhmədova vəkillərinə onun barəsində mətbuata hər hansı məlumat verməyi qadağan edib. Mətbuatın yazdığına görə, ötən həftənin istirahət günləri Gülər Əhmədova təcridxanadan evinə gətirilib və ailə üzvləri ilə görüşüb.
Gülər Əhmədovanın hüquqlarını hazırda iki vəkil qoruyur – Raqif Mustafayev və Əfsər Talıbov.

Gültəkin ƏLƏSGƏR   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır