Modern.az

AKP hakimiyyəti PANİKADA: Bülənt Arınc “Xalq haqlıdır… Üzr istəyirik” dedi

AKP hakimiyyəti PANİKADA: Bülənt Arınc “Xalq haqlıdır… Üzr istəyirik” dedi

4 İyun 2013, 15:16


Türkiyənin Baş nazirinin müavini Bülənt Arınç Prezident Badullah Gül ilə görüşündən sonra mətbuat konfransı keçirib.

Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, Bülənt Arınç hadisələrlə bağlı prezidnetlər görüşmək və onun fikirlərini öyrənmək istədiyini qeyd edib. O bildirib ki, polislərin hadisələrə müdaxilə etməsi kəskin reaskiyaya səbəb olub.

“Amma qeyd edilməlidir ki, son 5 gün polislərimiz böyük bir təmkin içərəsində fədakarlıq göstərib. Nümayişçilərə qarışan qeyri-qanuni təşkilat mənsublarına qarşı polisimiz həssaslıq göstərib. Hər bir vətəndaşın məsuliyyəti bizim üstümüzdədir. Demokratik yolla edilən bütün tələblərə açığıq, amma şiddət olmasın. Taksim Gəzi Parkı ilə bağlı xalqımız səhv məlumatlı olsa da qanuni reaksiyalarını göstəriblər”.

B.Arınç vurğualyıb ki, xalqın haqlı reaksiyası marginal qruplar tərəfindən istifadə edilir.

“300-dən çox vətəndaş yaralanıb. Hatayda Abdullah Cömərt adlı şəxs vəfat edib. Ilkin araşdırmalara görə o, silahdan atılan atəş nəticəsində ölməyib. Vətəndaşlarımızın səbirli olmalarını gözləyirik. Saxlanma kameralarında çox insan yoxdur, həbs edilənlər də buraxılır. Yaşıllıqlar üçün etiraz edənlər hadisələrin bitməsini istəyirlər”.

Baş nazirinin müavini vurğualyıb ki, hadisələrdən ən çox ziyan çəkən Ankara olub. “Biz hər kəsin hökümətiyik. Sandıqdan çıxan səslərin düzgün sayılmasına həssas olduğumuz kimi bu gün də bu hadisələrə o cür həssaslıqla yanaşırıq. Bu gün Türkiyə iqtisadiyyatına böyük ziyan dəyib”.

B.Arınçın sözlərinə görə polislərin güc tətbiq etmələri hadisələrin nəzarətdən çıxmasına səbəb olub. “Polislər də bu ölkənin vətəndaşıdır, onları da başa düşməliyik. Polislər bu proseslərdə passivdirlər, sadəcə həyatları risqə girdikdə bu metodlara əl atırlar”.

Üzr istəməyin bir üstünlük olduğu deyən baş nazirini müavini bildirib ki, ilk hadisələrdə yaşıllıqların qorunması ilə əlaqəli etiraz edənlərə qarşı təzyiq olunubsa bu haqszılıqdır və o həmvətənlərimzidən üzr istəyirəm”.

O, bildirib ki, xarici mətbuat, beynəlxalq televiziya kanalları hadisələri olduğu kimi göstərmir. “Bunlar ölkədə baş verənləri “Ərəb Baharı”na bənzədirlər. Bu mümkün deyil. Türkiyənin şərtlərində bunu düşünmək səhv olardı. Türkiyədə baş verən hadisələr Kerrinin və digərlərinin də ölkələrində olur. Orada nə cür reaskiya verirlərsə burada da eynisini onlardan gözləyirik”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı