Modern.az

Şərif Ağayar AYB-ni irtica yuvası adlandırdı

Şərif Ağayar AYB-ni irtica yuvası adlandırdı

Ədəbi̇yyat

4 İyun 2013, 16:27

Şərif Ağayar AYB üzvlüyündən xaric edilib. Qalmaqal Modern.az-da AYB katibi, xalq şairi Fikrət Qocanın öz yaradıcılığı və birinci katib kimi işləri haqda açıqlamasından sonra yaranıb. Şərif Ağayar isə onun fikirlərinə kəskin şəkildə etiraz edib. “Fikrət Qoca hələ ölməyib? Mən elə bildirdim o çoxdan ölüb. Çox sevinərəm ki, AYB-nn gördüyü yarıtmaz işlərinin hamısını Fikrət Qoca görmüş olsun, başqaları gözümüzdən düşməsin. O deyir ki, AYB-nin problemlərini həll edir. Hə, düz deyir. Yazıçılara verilən evdən biznesmen oğluna evi ola-ola təzədən bir ev də Fikrət Qoca verib. Oğlu da açıqlama verib ki, sağ olsunlar, amma mənim bu evə ehtiyacım yox idi. Fikrət Qoca oturduğu kresloda işləri belə həll edir. Əgər həqiqətən də ölməyibsə, bir gün ondan vaxtı ilə Azərbaycan Yazıçılar Birliyinin balansında olan və sonralar varlı, pullu şirkətlərə, təşkilatlara satılan obyektlərinin sayını soruşacaqlar. Gözdən pərdə asmasın, ayıbdır. Qoca kişidir, gedib tövbə edib, namaz qılsın”.

Bu açıqlama nəticəsiz qalmadı. AYB-də keçirilən iclasda qurumun sədri onu  üzvlükdən xaric edib. Şərif Ağayarın özü isə olayı bu cür dəyərləndirir: “O irtica yuvasından uzaqlaşdırıldığım üçün sevinirəm. Mən Anarın ədəbi inhisarının yanında heç vaxt olmamışam. Ümidvaram ki, bütün mütərəqqi insanlar bu hadisəyə görə məni qiymətləndirəcəklər”.

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir