Xalq artisti Fidan Qasımova məşhur opera ifaçısı Monserrat Kabalyenin Dağlıq Qarabağa səfəri haqda danışıb. Xalq artisti Modern.az-a açıqlamasında bildirib ki, onunla şəxsi tanışlığı olmasa da, iyirmi il öncə konsertində iştirak edib:
”Onun bu səfəri biabırçılıqdır. Monserrat Kabalye məşhur sopranodur, bir neçə il əvvəl Azərbaycana gəlmişdi, onu çox gözəl qarşılamışdılar. Bakıda da master-klas keçib. O Ermənistan dövlətinin Azərbaycana qarşı münasibətini də çox yaxşı bilirdi. Belə insanlar sülh tərəfdarı olmalıdırlar”.