Modern.az

"Qocaman yazıçıların təhqir olunmasını alçaqlıq hesab edirik"

"Qocaman yazıçıların təhqir olunmasını alçaqlıq hesab edirik"

Ədəbi̇yyat

5 İyun 2013, 18:07

Azərbaycan Yazıçılar Birliyinin sədri (AYB) yazıçı Anar Rzayev AYB-dən istefalarla bağlı Movqe.az-a eksklüziv açıqlama verib: "AYB-ə daxil olmaq da könüllüdür, çıxmaq da. Heç kəsi məcburi AYB-ə qəbul etmirik. Amma AYB-ə üzv olan elələri var ki, 1 il təqaüd alırlar, təqaüd müddəti başa çatan kimi bir bəhanə ilə AYB-dən uzaqlaşmaq istəyirlər. Yaşlı, qocaman bir yazıçını təhqir etmək hansı əxlaqa sığır, özünüz qiymət verin. Qocaman yazıçıların  təhqir edilməsini alçaqlıq hesab edirik və belə insanların AYB-də yerini görmürük. Onların yaradıcılığı olmadığından bu cür təhqirlərlə gündəmə gələrək məşhurlaşmaq, yadda qalmaq istəyirlər. Qocaman bir insana "O, hələ ölməyib, yaşayır” deyə təhqir etmək hansı əxlaqa sığır? Belələrinin istefa verməsi AYB-ni təmizləyir, AYB saflaşır. Yaşlı yazıçıların ünvanına bu cür ifadələr işlədənlər tənqidlə, təhqiri biri-birindən seçə bilmirlər. Belələrinin AYB-də yeri yoxdur".  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı