Modern.az

R.T.Ərdoğana salamlar: "Sən "Ağa" - Mən "rəiyyət " ?!

R.T.Ərdoğana salamlar: "Sən "Ağa" - Mən "rəiyyət " ?!

6 İyun 2013, 12:25

Mustafa Qulə Bala


Dünən fərman verən bu gün can verir.
Səməd Vurğun

Qəddafinin oğlu sağ qalmaq üçün üsyançılara 2 milyard pul təklif edibmiş.
 Qəzetlərdən



Ərəbistan

ellərinin baharı

Tunis ardı

Fironların

qədim yurdu

Misirdə də

başladı.

Bu başlanğıc

                        siyasətlə

                        cəhalətlə

                        hiylə ilə

öz xalqına qan uddurub

sərvət yığan

Rəhbərləri

                        lap başından

daşladı!

Milyonları

öz nəslinə

baş əydirən

Başlar getdi…

Gözlər getdi…

Qaşlar getdi…

Yer üzündə

                        səcdə üçün

Daşlar qaldı…!

Səddama,

Qəddafiyə

                        qoyulmayan baş daşı.

Gözəlçə Qəddafinin

atasının

bostanından

sandıqlara 

yığaraq

hər gün

səcdə etdiyi

ziynətləri,

Qaş-Daşı…!

Tunis daşı…

Misir daşı…

Liviya daşı…

Suriya daşı…

Cəlladların

yenə varmı

qardaşı?!

Bitəcəkmi

bir zaman

Qan içən

fironların

Cəlladlığda
                 yarışı?!

Tanrı həqiqətini

qanmaq

istəmir

Naşı..!

Qanunların

boğulduğu

Məmləkətdə

ədalətin

 sapandına

yüklənəndə

insanlığın

qarğışı-

səbir daşı,

Xalqının

damarından

sovurub

topladığı

milyardlar

xilas etmir

əyyaşı…!

Allahu Əkbər!

Allahu Əkbər!

Yaşasın

Ulu Rəhbər!

Çərxi fələk

Oynadanda

sapandını

Zülmkarın təpəsinə

qapaz dəyir,

kül tökülür,

daş düşür.

Millətinin çörəyinə

Ayaq basan

harınlar

Dədə-baba malı kimi

Zəbt etdiyi

Kürsülərdən

diyirlənib

Cəhənnəmə

sürüşür..!

Sosial şəbəkələrdə

Gəncliyin

haray səsi

TV ekranlarında

tumansız

müğənninin

Qudurğan rəhbərlərçin

Göbəkatdı nəgməsi.

Qansız məmurlarınsa

Ürəyini yumşaltmır

Şəhid analarının

Fəryad dolu

naləsi.

Hər məmur

bir hökümət,

Özüyçün başsız

dövlət.

Sərvət hərislərinin

Hiyləgərlik

maşını

dayanarmı

nəhayət!?

Bir soruşun

Ərdoğandan

Qurtardımı

Ərəbistan

baharının

daşları.?!

Axı qurumaq

bilmir

Hələ neçə

ölkədə

Məmur

sırtıqlığının

Rüşvət

məngənəsində

Hökumət

masasının

ehtiyac

zənbilində -

səfalətin

cəngində

boğulan

rəiyyətin,

əzilən

rəiyyətin

tökülən

göz yaşları!

Bir soruşun

Ərdoğandan

Qurtardımı

Ərəbistan

baharının

daşları?

İnsanlığın

         ən böyük

sərvəti- Azadlıqdır !

         bizim zəmanəmizdə

Böyüklük- Ağalıqdır?!

         Sən "Ağa"- Mən "riəyyət " ?!

Sən: "İqtidar"- Mən:- "Millət" ?!

         zəbt edib bir ölkənin

bütün sərvətlərini,

         Sən naz-nemət içində,

xalqınsa çəksin zillət ?

         Ağalar, Əfəndilər,

İqtidar Mürşidləri ,

         ayılın yuxulardan !

Güllə-baran etməyin

         insanlığı amandır !

Zaman- başqa Zamandi !!!

         Sizi xalq seçmədimi ?!

nə tez dönüb oldunuz

         vəzifə düşgünləri ??!!

Dədə-baba malı tək

         zəbt etdiyiz kürsülər

Millətin haqq səsidir-

         Azadlıq nəğməsidir !

Çərxi fələk

         fırladanda sapandını

millət yenə oyanıb

         öz Himnini oxuyar,

Azadlıq Xalısını

         al qanıyla toxuyar!

Bir soruşun Ərdoğandan

         qurtardımı

Ərəbistan baharının

         daşları??

Axı qurumaq bilmir

         hələ neçə ölkədə

haqqı tapdananların

         tökülən göz yaşları !

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir