Modern.az

İşğal altlndakı torpaqlarımıza dair üç dildə kitab buraxılıb

İşğal altlndakı torpaqlarımıza dair üç dildə kitab buraxılıb

Qarabağ

31 Mart 2010, 09:00

 “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “İşğal altındakı torpaqlarımızı unutmayaq” layihəsi çərçivəsində  hazırladığı üç dildə ( Azərbaycan,  ingilis və  rus dillərində ) CD disk və  kitab  nəşr olunub. Birliyin sədri Anar Xəlilovun verdiyi məlumata görə, kitabda erməni işğalçıları tərəfindən zəbt olunaraq 18 ildir işğal altında saxlanılan Azərbaycan əraziləri barəsində ətraflı məlumat  yer alıb: “ Bu layihənin əsas məqsədi ondan ibarətdir ki, əslən Qarabağdan olan  və yaxud Azərbaycanın digər bölgələrini təmsil edən lakin məlum hadisələrlə bağlı həmin əraziləri görmək imkanı olmayan gənclərimiz erməni işğalçılarının  əsarətində Azərbaycanın necə bir zəngin  sərvətinin qalması barədə ətraflı məlymat əldə etsinlər”. Birlik sədrinin sözlərinə görə, Dağlıq Qarabağ ərazisində  mövcud olmuş və işğal nəticəsində dağıdılmış tarixi abidələrimizin şəkillərindən ibarət olan divar kağızı artıq hazırlanaraq çap edilib: “Divar kağızında yer almış şəkillər iki dövrü – işğaldan əvvəl və işğaldan sonrakı dövləri əhatə edir. Hazırlanan CD diskdə də işğal altında olan rayonların ərazisi, əhalisi, tarixi, tarixi mədəniyyət abidələri, coğrafiyası,  təbiəti, təbii sərvətləri, iqtisadiyyatı, mədəniyyəti, məhşur ziyalıları və Milli qəhrəmanları  barəsində məlumat verilib.  Burada isə məqsəd  informasiya texnologiyaları vasitəsindən istifadə etməklə ermənilərin beynəlxalq aləmdə apardıqları yalan təbliğatın qarşısını almaqla Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır”.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub