Modern.az

MKM təsisçisi və münsifi Rəşad Məcidə qarşı: “Zövqü qocalıb”

MKM təsisçisi və münsifi Rəşad Məcidə qarşı: “Zövqü qocalıb”

Ədəbi̇yyat

6 İyun 2013, 15:59


“525-ci qəzet”in baş redaktoru və MKM-nin münsifi Rəşad Məcidli Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərlini ittiham edib: “Nigar yorulub, Şahbaz Xuduoğlu nə deyir, onunla oturub durur.”

Modern.az-a açıqlamasındsa MKM-nın təsisçisi Nigar Köçərli ittihamları rədd edib: “Eyni şeyi Rəşad Məcid ikinci dəfədir ki, deyir. Rəşad Məcid intellektual və kreativ bir adam kimi tanıyıram. Amma bu dəfə yeni bir söz tapmaqda aciz qalıb. Mənim məqsədim Milli Kitab Mükafatı aydın və şəffaf keçirilməsidir. Münsiflərsə çox tanınmış insanlardır. Rafiq Əliyev kimi alimə, yaxud Qənirə Paşayevaya təsir edə bilərəm?! Məncə, Rəşad Məcidin sözləri münsiflərə qarşı da bir hörmətsizlikdir.” “Qanun” nəşriyyatının direktoru, MKM-nın münsifi Şahbaz Xuduoğlu isə Rəşad Məcidi zövqsüzlükdə ittiham edib. “Rəşad Məcid keçən il də nəticədən narazı idi. Bu il də narazıdır. Mən hesab edirəm ki, onun narazılığı təbii hala çevrilib. Yəni ona cavab verməmək də olar. Amma Zakir Sadatlının əsəri ilə bağlı dediyi sözlərə onunla cavab verə bilərəm ki, Rəşad Məcidin ədəbiyyat zövqü həddindən artıq çox aşağıdır. Onun ədəbiyyat meyarları ilə mənim meyarlarım arasında böyük uçurum var. Müsabiqə ilə bağlı gəldiyi nəticə də bu uçuruma şahidlik edir”.  

 

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!