Modern.az

Jurnalistlər Quba məzarlığını ziyarət ediblər

Jurnalistlər Quba məzarlığını ziyarət ediblər

Ölkə

31 Mart 2010, 13:11

Martın 31-də Parlament Jurnalistləri Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən bir qrup xarici və yerli KİV nümayəndələri Quba şəhərindəki soyqırım məzarlığını ziyarət ediblər. Modern.az xəbər verir ki, məzarlığı ziyarətdə Qubadan olan millət vəkili Vahid Əhmədov, rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov və yerli ictimaiyyət nümayəndələri də iştirak ediblər. 20-dək jurnalistin qatıldığı tədbirin iştirakçıları soyqırım qurbanlarının xatirəsini yad edib, məzarlığa gül dəstələri qoyublar. Mərasimdə çıxış edən millət vəkili Vahid Əhmədov ermənilər tərəfindən törədilən soyqırımlar barədə danışıb, təcavüzün bu gün də davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu məzarlıq sonuncu deyil və açılması nəzərdə tutulan kütləvi quyular yenə var. Millət vəkili bildirib ki, kütləvi məzarlıqda soyqırım kompleksinin ucaldılması ilə bağlı işlər görülür. Hazırda kütləvi məzarlığın yaxınlığından keçən Qudyalçayda bəndatma işləri aparılır: V.Əhmədovun sözlərinə görə, aprelin sonu, mayın əvvəllərində soyqırım kompleksinin inşasına başlanacağı gözlənilir. Soyqırım məzarlığında düzənlənən tədbirdə Qubadakı azsaylı millətlərin nümayəndələri də iştirak ediblər. Yəhudi, tat, ləzgi, rus icmasının nümayəndələri məzarlığa gül dəstələri qoyublar.

1918-ci ildə ermənilər Qubada Azərbaycan türkləri, müsəlmanlarla yanaşı, digər millətlərin nümayəndələrini də qətlə yetiriblər.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi