Modern.az

"Borçalı" Cəmiyyəti Tiflisdəki "Ceyran"a kömək edəcək

"Borçalı" Cəmiyyəti Tiflisdəki "Ceyran"a kömək edəcək

31 Mart 2010, 13:26

Gürcüstanın Tiflis şəhərindən gəlmiş “Ceyran” rəqs qrupunun rəhbərliyi və üzvləri “Borçalı” Cəmiyyətinin qonağı olub. Görüşdə “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli rəqs qrupunun gənc üzvləri ilə görüşüb onlara cəmiyyət haqqında məlumat verib. Daha sonra isə rəqs qrupunun bədii rəhbəri Ceyran Qurbanova problemlərindən bəhs edərək onlara dəstək olmalarını istəyib. O, qeyd edib ki, ermənilərin Tiflisdə yaratdığı rəqs qrupları var, onlar həmişə həm maddi həm də  mənəvi yardımlar  alırlar. “Bizim qrupda çox bacarıqlı uşaqlar var, ancaq onların inkişafına kömək göstərmək lazımdır”.  Zəlimxan Məmmədli həmişə onların yanında olduğunu və  hər cəhətdən onlara kömək edəcəyinə söz verib. Daha sonra isə “Borçalı” cəmiyyətinin adından gənclərə və rəhbərliyinə hədiyyələr təqdim edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir