Modern.az

Lütfi Zadə Bakı ləhcəsini eşidəndə jurnalistə nə dedi? - XATİRƏ

Lütfi Zadə Bakı ləhcəsini eşidəndə jurnalistə nə dedi? - XATİRƏ

Ədəbi̇yyat

8 İyun 2013, 11:57

Dünya elmində əsaslı dəyişiklər etmiş alimlərdən biri olan Lütfi Zadənin Azərbaycanla bağlı duyğuları həmişə kimlər tərəfindənsə səhv  istiqamətə  yozulub. Lütfi Rəhim oğlu Ələsgərzadə qısaca olaraq Lütfi Zadə anadan olduğu və uşaqlığını keçirdiyi Bakını həmişə xoş duyğularla xatırlayır. 12 yaşına kimi Bakıda yaşayan və burda məktəbə gedən  böyük alim  atasının kitabxanasında olan rus klassikləri və digər dahilərdən 3000 - ə yaxın kitabın hamısını  oxuyub bitirmişdi. Hər dəfə də Bakıya və digər MDB şəhərlərində olanda özünün intellektual inkişafından danışarkən bildirirdi: “Mən Bakıda XIX əsr rus ədəbiyyatının təsiri altında böyümüşəm.”  Bu cümlə həm Bakının intellektual imicinin, həm də Zadənin Azərbaycana olan sevgisinin göstəricisi idi. Dünya şöhrətli alimin yaxın dostu və elmi varisi olan akademik Rafiq Əliyev onun Azərbaycan sevgisini bu cür şərh edir:

“Uşaqlıq illərini, köhnə Bakını, evlərini və oxuduğu məktəbi çox şirin nostalgiya ilə xatırlayır: “Rafiq, evimizin yaxınlığında kiçik bir köşk var idi. Atamın hər dəfə məni ora “Vışka” qəzeti almağa göndərərdi. Onda mənim 9 yaşım var idi”. Rafiq Əliyev başqa məqamlardan da danışdı. Zadənin dərs dediyi universitetin yaxınlığında böyük bir kafe var. Mütəmadi olaraq orda nahar etdiyi üçün oranı Zadə kafesi kimi tanıyırlar. Bu həm də o kafe üçün əlavə bir reklam idi. Kafenin divarlarında Azərbaycana aid  çoxlu portretlər var. Neft buruqları , təbii mənzərələr , Bakını təsvir edən görüntülər və s.  İnanın, Zadə bunu ancaq və ancaq Azərbaycan sevgisi və PiaR-ı naminə edirdi. Hər gün o kafeye girən adam sanki Azərbaycanla qarşılaşır.

Bir dəfə xarici ölkələrin birində elmi konfrans təşkil olunmuşdu. Süni-intellekt nəzəriyyəsi barədə idi. Konfransa rəhbərliyi Zadə edirdi. Dünyanın həddindən artıq nəhəng alimləri orada iştirak edirdi. Aralarında Nobel mükafatı laureatları da var idi. Necə oldusa mən və bir-iki alim yoldaşlar konfransa gecikdik. İçəri daxil olanda Zadə danışırdı. Sakit-sakit içəri keçib arxada əyləşdik.   Zadə mətni çox diqqətlə oxuyurdu. Hamımız elə bilirdik ki, o heç biiz görmədi.   Bir də gördük ki, konfransın sonunda Zadə danışdı : “Konfransda süni intellekt nəzəriyyəsinin böyük alimi Rafiq Əliyev də iştirak edir. O, bu gün aramızda olmaqla Azərbaycanı da təmsil etmiş olur”. Özümü itirmiş kimi oldum. Elə bilirdim ki, o heç məni görməyib. Lakin mən sonradan anladım ki, Zadə mənim adımı çəkməklə dünya alimləri qarşısında Azərbaycan imicini qaldırmaq fikrində imiş.

Bir dəfə də Amerikada növbəti elmi konfrans keçirilirdi. Orda da çox böyük alimlər  var idi. Sədr yenə də Lütfi Zadə idi. Orda mənə yanaşdı və bildirdi ki dördüncü sən çıxış edəcəksən. Baxmayaraq ki, orda böyük ölkələrin nümayəndələrin də var idi. Amma o çıxış  haqqını mənə verməklə bir növ Azərbaycan təəssübkeşliyini qorumuş oldu.

Bir dəfə məşhur jurnalistlərdən biri Lütfi Zadədən müsahibə almaq üçün məndən kömək istədi. Lütfi Zadə ilə əlaqə saxlayaraq onu razı saldım. Jurnalist vaxtları səhv tutuşdurub. Amerikada gecə olarkən gedib ora. Elə gecə ikən də Zadəyə zəng vurub. Zadə yuxulu ikən nə vəziyyəti , nə də,  onun dediyini tam anlamayaraq  telefonu söndürüb. Bir də gördüm jurnalist zəng edib deyir ki, Rafiq müəllim siz axı onu razı salmışdız? O saat hiss etdim ki, vaxtsız zəng ediblər. Bunlardan sonra Zadə ilə əlaqə saxladım. Dedi , axşam mənə kimsə zəng vurmuşdu. Tam başa düşmədim. Amma hiss etdim ki Bakı ləhcəsidir. Beləcə bəlkə də Bakı ləhcəsinin şirinliyinə görə o jurnalisti qəbul edir...“ 

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi