Modern.az

Vahid Əziz şikayətləndi: “Kitabımın çıxma ehtimalı yoxdur”

Vahid Əziz şikayətləndi: “Kitabımın çıxma ehtimalı yoxdur”

10 İyun 2013, 15:48

Modern.az-ın orta və yaşlı nəsil qələm adamları arasında keçirdiyi “İndi nə yazırsınız?” rubrikasının budəfəki qonağı şeirlərinə bəstələnən nəğmələrlə sevilən şair Vahid Əzizdir.

“Mən yenə həmişəki kimi şeir yazıram. Yazdıqlarımı bir yerə yığsam, 600 səhifədən çox 3 kitab çap edə bilərəm. Sadəcə imkan yoxdur. Sovetin vaxtında dövlət nəşriyyatı var idi. Aparıb kitabını verirdin, plana düşürdü, çap edib sənə pul da verirdilər. Amma indi cibindən pul verib kitab çap etdirirsən. Prezident bəzi gənc yazarlara təqaüd ayırıb, bu çox gözəl. Bəs o siyahıya düşə bilməyənlər nə etsinlər?.. Son kitabım 2008-ci ildə çıxıb. Seçilmiş əsərlərimin 3-cü cildidir , “Alça çiçəyinə bənzəyən ömür” adlanır. Ondan sonra kitabım çıxmayıb və çıxmağına da ehtimal yoxdur“.  


Elmin Nuri
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu